Ssenari müsabiqəsi elan olundu - ŞƏRTLƏR

Ssenari müsabiqəsi elan olundu - <span style="color:red;">ŞƏRTLƏR
6 dekabr 2017
# 16:24

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qısametrajlı bədii film layihələri müsabiqəsi elan olunub.

APA-nın məlumatına görə, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyən müstəqil fəaliyyət göstərən gənc müəlliflər işlərini kino prodüser mərkəzlərinə təqdim etməlidirlər.

Müsabiqəyə təqdim edilən kino layihələrinin prodüseri və rejissoru 35 yaşa qədər kinematoqrafçılar olmalıdır.

Sənədlər eyni deviz altında olan iki bağlı zərfdə 2018-ci il aprelin 10-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Birinci zərfdəki sənədlər paketinə aşağıdakılar daxildir:

- çəkilişi rəqəmli daşıyıcıda nəzərdə tutulan, istənilən növ, janr və formatda olan azbüdcəli qısametrajlı bədii filmin ədəbi ssenarisi;

- adlar qeyd edilmədən filmin rejissoru və prodüserinin gələcək film haqqında hər biri 1 səhifəlik şərhləri;

- layihənin təxmini smeta dəyəri;

- filmin istehsal müddəti haqqında məlumat.

Üzərində eyni deviz qeyd edildiyi ikinci bağlı zərfin içində müsabiqə iştirakçısı olan kino şirkətinin adı, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, poçt və bank rekvizitləri, həmçinin rejissorun, ssenari müəllifinin, prodüserin adları və əlaqə telefonları qeyd olunmalıdır.

Qaliblərin adları gələn ilin aprelin 20-dək açıqlanacaq.

Münsiflər heyətinin seçdiyi qalib layihələr “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək.

# 740 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #