Səhnəmizə yeni Leyli gəlir

Səhnəmizə yeni Leyli gəlir
28 noyabr 2017
# 16:27

Dekabrın 6-da Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcək: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı gənc ifaçıların aşkar edilməsi və onların teatra cəlb olunmasına böyük önəm verir. Bu sırada son dövrlər keçirilən televiziya muğam müsabiqəsinin laureatları olan sənətçilər xüsusi yer tutur. Bir neçə aydır ki, muğam müsabiqəsində uğurlu çıxışları ilə fərqlənən iki gənc ifaçı teatrda gərgin məşqlər edir və yaxın zamanlarda muğamsevərlər səhnəmizin yeni Leyli və Əslisi ilə tanış olacaqlar”.

Mətbuat xidmətindən əlavə ediblər ki, S.Budaqova 1995-ci ildə Bakı şəhərində anadan olub. A.Zeynallı adına Musiqi Kollecini və Azərbaycan Milli Konservatoriyasını bitirib. Xalq artistləri Gülyaz Məmmədova və Mənsum İbrahimovun tələbəsi olub.

“Dekabrın 10-da daha bir istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova səhnəmizin yeni Leylisi kimi çıxış etməyə hazırlaşır. Rəvanə Qurbanova 1988-ci ildə Şəkidə doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Azərbaycanın xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovanın tələbəsi olub. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilib”, - deyə teatrdan bildirilib.

Qeyd edək ki, hər iki tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #