Paqanini axtaran skripka – YENİ ŞEİR

Paqanini axtaran skripka – <span style="color:red;">YENİ ŞEİR
19 oktyabr 2017
# 12:00

Fuad Cəfərli

Kimsəsiz skripka


İlham Tumasa ithaf

Sən bilirsən kimsən?!

Bilmirsən, billah, bilmirsən!

Yoxsa Teymur Bəyazidə gülən kimi gülərsən...


Sən bilirsən kimsən?!

Sus, qoy mən deyim

Qorxma yalan sussa da güzgülər

Uzaqdan aydın görünür şəkillər...

Yox, sən şəkil deyilsən.

Bir də bu dünyada

şəkillərin də heç bəxti gətirməyib.

Kaş bütün şəkillər sən olaydı –

Sənin kimi

öz boyasıyla yuyulaydı,

qırılmadan fırçaları...

Sən Venesiyada

yar qoynunda sol,

Troyada dost boynunda

sağ qolunu itirən kişisən...

Sən Paqanini axtaran

kimsəsiz skirpkasan...

Sən Məmməd Arazın

uçan qalacığısan...

Sən ağcaqayın ağacısan Sibir çöllərində.

Qatarlar nəfəs dərəndə

qızların sarılıb hönkür-hönkür ağladığı...

Sən insanların anlamadığı

Puşkini qucaqlayan məsum gülləsən.

Gecələr

Uzunu aya tutan səssən sən

Sanma ki, səni kimsə görmür,

eşitmir, duymur.

Demə ki, onları əclaflıq qoymur

Yox əclaflığın boyu o qədər də bəstə deyil...


Bir vaxt qayıdacağımız Tumas da gedəcək,

Sən də gedəcəksən mən də gedəcəm.

Bax onda səni gizli tarix qaldırıb çiyinlərə

dirək edəcək ahlara tab gətirməyən göylərə!

# 718 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #