Opera və Balet Teatrında “Xanəndənin taleyi” - PREMYERA

Opera və Balet Teatrında “Xanəndənin taleyi” - PREMYERA
18 oktyabr 2017
# 09:30

Oktyabrın 25-də xalq artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa 109-cu mövsümün ilk premyerasıdır. Cahangir Cahangirov "Xanəndənin taleyi" operasını 1978-ci ildə qələmə alıb və həmin ildə opera səhnəyə qoyulub.

Tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, xalq artisti Baba Mahmudoğlu ifa edib.

Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - əməkdar artist İlkin Əhmədov yaradacaq. Premyera tamaşasında əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) da çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İki pərdəli opera tamaşası üçün rəngarəng dekorasiya və kostyumlar hazırlanıb Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.

# 906 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #