Merilin Monro ona görə özünə qəsd etdi – Dahi yazıçının kədərli sarışını

Merilin Monro ona görə özünə qəsd etdi – Dahi yazıçının kədərli sarışını
10 fevral 2024
# 16:00

Bu gün yazıçı Artur Millerin anım günüdür.

Kulis.az bu münasibətlə Artur Millerlə Merlin Monronun münasibətləri haqqında "Millerin Monrosu" adlı yazını təqdim edir.

Artur Millerdən ömrünün son illərində müsahibə alırlar. Monro barədə danışanda onun barmaqları titrəyir.

Onlar, yazıçının dediyi kimi, iki fərqli qütb idilər. Artur özü də etiraf edirdi ki, Monronu çözə bilməyib.

Yazıçıya elə gəlirdi ki, Merilinə ümid vermək üçün onun yanında olmaq kifayətdir. Amma o yanılırdı.

Onlar ziyafətdə tanış olmuşdular. Merilin, həmişə kimi açıq-saçıq paltarda idi, şərab içir, öz qeyri-adi təbəssümündən hamıya pay verirdi.

Blonde': The True Story of Arthur Miller's Relationship With Marilyn Monroe

Əvvəllər Artur ona gələcək pyeslərinin prototipi kimi baxırdı: Merilin yazıçı üçün mehribanlıq və sevgi almaq istəyilə bir pərəstişkardan digərinə qonan kəpənək idi. Elə ziyafətdə də o, həyat dolu bu qeyri-adi obrazla bir neçə kəlmə kəsmişdi.

Ərindən ayrılandan sonra Merilin özünü uzun-uzadı məşqlərə və mütaliəyə verdi — Folkner, Lorka, Dostoyevski. Onun çarpayısının yanındakı stolda daim krem bankaları əvəzinə şeir kitabları olurdu. Merilin savadsızlığından əziyyət çəkirdi, intellektualların arasında özünü yaxşı hiss etmirdi.

Millerlə sonrakı tanışlıq zamanı Merilinin ona mehribanlıq və sevgiylə baxırdı. Bilirdi ki, Artur ciddi yəhudi ailəsindən olan «yaxşı» bir qadınla evlidir, onların uşaqları var. Buna baxmayaraq, Merilin Arturla gizlicə görüşməyə razı oldu.

Artur sevgilsinin potensialına inanırdı. İnanırdı ki, komediya aktrisası kimi tanınan bu sarışın gözəl bir gün dramatik janrının ustasına çevriləcək. Yazıçı vurulmuşdu, arvadından ayrılmağa hazırlaşırdı, çünki Monro ilə o, gülümsəməyi qayğısız olmağı, həyatın hər anına sevinməyi öyrənmişdi. Və onlar evləndilər.

«Heç kəs deyə bilməzdi ki, Arturun yüngül əxlaqlı sarışınlardan xoşu gəlir. Mənədək onun belə qadını olmamışdı». Bunu Merilin Monro deyirdi.

Amma…Onların birgə həyatı cəhənnəmdən betər oldu. Qayğısız Monronun sonsuz isterikaları, gecə sayıqlamaları, yuxusuzluğu… Artur bir cümlə də yaza bilmirdi. Monronun uşağının tələf olması vəziyyəti daha da qəlizləşdirdi. 1960-cı ildə Millerin ssenarisi əsasında çəkilən filmin çəkilişlərində onlar artıq bir-birilərinə zorla gülümsəyirdilər. Eyni zamanda bu, Monronun aktrisa kimi bütün hissi potensialını göstərə bildiyi ilk rol idi.

Treated Me as A Sensitive Person" - Marilyn Monroe on Arthur Miller (Rare  Interview) - YouTube

Tənqidçilərin fikrincə, o, rolunun öhdəsindən gəlmirdi. Şayiələr gəzirdi ki, o, başını tərəf-müqabili Klark Qeyblın çiyininə qoymaq üçün fürsət gəzir. Qadın diqqət istəyirdi, sevgi tələb edirdi. Bəzən çəkiliş meydançasına iki saat gecikir, bəzən isə ümumiyyətlə, gəlib çıxmırdı.

Millerlə Monro 1961-ci ilin əvvəlində boşanmaya ərizə verdilər. Bu, Merilinin ən uzunmüddətli nikahı idi - onlar dörd il bir yerdə yaşamışdılar. Ayrılma səbəbi banal idi: xasiyyətimiz uyğun gəlmir.

Merilindən ayrılandan sonra Arturun ilhamı yerinə qayıdır və «Maqnum» fotoagentliyinin istedadlı müəllifi İnqeborqa Morat keçmiş sevgilinin yerini doldurur. Morat yazıçının bütün maraqlarını bölüşürdü…

Monro deyirdi ki, «bütün kişilər eyni olanda seçim çox sadədir». Artur isə onu «dünyanın ən kədərli qızı» adlandırırdı.

Manžel Marilyn Monroe Miller odsúdil americký ideál kvôli morálke

Onunla bağlı belə bir fikir də söyləyirdilər: «Bir çox kişilərin səhvi ondaydı ki, onlar gecə Merilini qucaqlayırdılar və bilmirdilər ki, səhəri Norma Cinlə açacaqlar». Hətta istedadlı yazıçı belə şıltaq, gülərüz sarışın qadının çətin xarakterini və qəlb ağrılarını çox gec sezmişdi. İntihara meyl, gecə qarabasmaları, ana ola bilməməyin verdiyi psixoloji travması…

Millerlə ayrılandan cəmi bir il sonra aktrisa intihar etdi…

# 2704 dəfə oxunub

Oxşar xəbərlər

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

13:00 23 aprel 2024
# # #