Türkiyə-Azərbaycan aktyorları bir filmdə - “Yanlış anlama”

Türkiyə-Azərbaycan aktyorları bir filmdə -  “Yanlış anlama”
10 avqust 2017
# 14:43

Türkiyə və Azərbaycanın tanınmış aktyorlarının çəkildiyi yeni film nümayişə buraxılır.

Kulis.az-ın verdiyi xəbərə görə, “Yanlış anlama” komediya filmi 27 oktyabrda Türkiyədə viziona çıxacaq. Film həmçinin Azərbaycanda da kinoteatrlarda nümayiş olunacaq.

Əyləncəli komediya filmi Türkiyə və Azərbaycanda yaşayan iki ailənin başına gələn macəralardan bəhs edir. Ailələrin birgə keçirdikləri 10 günü göstərən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyindən yaranan yanlış anlamaların meydana gətirdiyi komik situasiyalar filmin əsas süjet xəttini təşkil edir.

Aktyor heyətində Şevket Çoruhla yanaşı, İlker Ayrık, Hakan Bilgin, Bahadır Efe, Duygu Karaca, Pelin Sönmez kimi ifaçıların olduğu filmdə Azərbaycanın çox məşhur aktyorları Pərvin Abiyeva, İslam Mehrəliyev, Ötkəm İsgəndərov və Fərda Amin kimi çəkilib.

Levent Cengizhanın prodüserliyi ilə “DADA Yapım” şirkətinin istehsalı olan filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi isə Ayberk Çınardır.

# 980 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #