Könül Arifdən QISA HEKAYƏ

Könül Arifdən <span style="color:red;">QISA HEKAYƏ
22 iyun 2017
# 21:00

Kulis.az Könül Arifin “My baby shot me down!” hekayəsini təqdim edir.

Qadın uzun müddətdən bəri yazdığı romanı tamamlayır. Nüsxəsini oturduqları qonaq otağının küncündəki printerdən çıxardıb stepler ilə onları hissə-hissə bərkidir.

Kişi televizorun önünə qədər sürütlədiyi kətildə oturub futbola baxır. Nə printerin, nə də steplerin çıxardığı səsə görə qadına çəmkirmir, heç üz-gözünü də turşutmur. Elə bil heç nə eşitmir. Üzündə balıq ifadəsi var; gözləri böyüyüb, ağzı azacıq aralanıb, ancaq dinmir. Arada-bir ağzını geniş açıb-yumaraq iri qurtumlarla pivə içir.

Qadın ona arxadan yaxınlaşır. Əlindəki kağızları astaca sol çiyninin üstündən irəli – sol əlinə uzadır. Kişi gözünü ekrandan ayırmadan avto-hərəkətlə yavaşca kağızları əlinə alır. Qadın çönüb mətbəxə tərəf gedir.

Qısa müddət ovucun içində tutulan balıq sonra acgözlüklə akvariumun dibinəcən baş vurduğu kimi, ekranın içinə dalan kişini özünün bu hərəkəti bərk diksindirir. Sağ əlindəki TV idarəetmə döşəmənin üstünə düşür. Bu vaxt idarəetmənin çala-çökür taxta döşəməyə sıxılan düyməsi kanalı dəyişir, mahnı səslənir:

Bang bang, he shot me down
Bang bang, I hit the ground
Bang bang, that awful sound
Bang bang, my baby shot me down!”

Quruda vurnuxan balıq kimi kişinin gözləri hədəqədən çıxır, ağzını geniş açıb-yumur, ancaq nə qədər çalışsa da, səsi çıxmır. Sol əlindəki hiss-hissə bərkidilmiş kağızlar bir-bir, iki-iki dizinə sürtülərək döşəməyə dağılır.

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #