İtaliyada Azərbaycan film festivalı başlayır

İtaliyada Azərbaycan film festivalı başlayır
22 iyun 2017
# 12:23

İyunun 22-dən 24-dək Romanın “Villa Borghese” parkındakı tarixi “CASA del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların dəstəyi ilə təşkil olunur.

Məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də “Əli və Nino” bədii filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.

İyunun 23-də “Əbədi ezamiyyət” sənədli, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “Pərdə” bədii filmləri, iyunun 24-də Bir günəş altında” sənədli, “Hökmdarın taleyi”, “Nabat” və “Həddən artıq uyğunluq” bədii filmləri nümayiş olunacaq. Filmlər italyan dilində alt yazılarla təqdim edikəcək.

# 850 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #