Azərbaycan əsgəri anlayır ki...

Azərbaycan əsgəri anlayır ki...
21 iyun 2017
# 10:38

Kulis.az tanınmış yazıçı Ramiz Qusarçaylı əsgər məktubunu təqdim edir.

Azərbaycan əsgərinə Vətənimizin bütövlüyü, müstəqilliyimizin əbədiliyi, üçrəngli bayrağımızın müqəddəsliyi, şəhidlərimizin ölməz ruhunun əzəməti torpaqlarımızı göz bəbəyi kimi qoruyan əsgərlərimizin içdiyi hərbi anda sədaqətindən, cəsur və intizamlı xidmət həyatından, hərb işinə vicdanla yiyələnməsindən və yenilməz şücaətindən keçir.

Tarix boyu yadların işğalına məruz qalan torpaqlarımızın fəryadından başlayıb Qarabağ uğrunda gedən döyüşlərdəki qazilərimizin döyüş əzminədək ağrılı-acılı yol keçən hərbimiz qeyrətli oğulların Vətənimizin yaralı xəritəsinin bərpası uğrundakı mübarizəsinə köklənib. Bu gün Vətənin əsgər övladı azadlıq mücadiləsinin Qarabağın hər qarışından - Şuşadan, Xankəndindən, Xocalıdan, Ağdərədən, Xocavənddən, Kəlbəcərdən, Zəngilandan, Qubadlıdan, Laçından və digər işğal altındakı ərazilərdən doğulub boy tutacağını dəqiq bilir, torpaqlarımızın əsarətdən azad olunmasının məsuliyyətini tam ciddiliyi ilə anlayır.

Azərbaycan əsgəri onu da anlayır ki, öz qəhrəmanlıqları ilə şəhid-şəhid salnamələr yazan balalarımızın, düşmən əsirliyində inləyən oğul və qızlarımızın, yağının əlinə keçməsin deyə yeganə qızını güllələyən atanın, əsir düşməmək üçün hıçqıra-hıçqıra özünü qayadan atan gəlinin, ümumiyyətlə qana bulaşan torpağın qisası alınmayınca və Qələbə müjdəli bayrağımız həmin qanlı torpağa sancılmayınca şəhidlərimizin ruhu ovunmaz, yurd-yuvamız xoşbəxt-xoşbəxt çiçəkləməz...

Bəli, Qələbə müjdəli bayrağımız, üçrəngli Azərbaycan bayrağımız! Hansı ki:

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

GÖNDƏR O bayrağı Şuşaya sancacaq Azərbaycan əsgərinə eşq olsun!

Qeyd: Siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olun və məktubuzu yazın. Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

# 754 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #