Elçin məşhur romanından danışdı: “Yazanda çap olunmayacağını bilirdim” – LAYİHƏ

Elçin məşhur romanından danışdı: “Yazanda çap olunmayacağını bilirdim” – <span style="color:red;">LAYİHƏ
20 iyun 2017
# 09:00

Kulis.az məşhur əsərlərin yazılma tarixçəsindən bəhs edən “Necə yazdım?” layihəsi çərçivəsində Elçinin “Ölüm hökmü” romanı haqda danışdıqlarını təqdim edir.

- Mən “Ölüm hökmü” romanını 1984-cü ildə yazmağa başladım. Brejnev getmişdi, Andropov vəfat etdi və Çernenko gəldi. Çernenko ortodoks kommunist, konservator idi, onun vaxtında ölkədə vulqar sosioloqizm meylləri, ideologiyada partiya hegemonluğu daha da artırdı.

Mən bu romanı yazanda içimdəki “Qlavlit” kabusunu, yəni partiya senzurasını və həmişəki kimi bu kabusu aldatmaq üsulları barədə götür-qoy etməyi bir kənara atdım. Və “Ölüm hökmü”nü tam sərbəst, necə istədimsə, elə də yazdım.

Image result for Elçinin "Ölüm hökmü" romanı

O zaman əmin idim ki, bu roman heç vaxt çap olunmayacaq. Bəlkə də o vaxt çap oluna bilərdi ki, əsəri xaricə göndərim. Roman Azərbaycan dilində yazılmışdı. Hara göndərə bilərsən? Doğrusu, Türkiyəyə göndərmək barədə fikirləşirdim, ancaq bunun da perspektivlərini görmürdüm.

Nə isə, əsəri 1988-ci ildə bitirdim. Artıq “perestroyka” sayəsində Sovet ideologiyası laxlamağa başlamışdı. “Ölüm hökmü” 1989-cu ildə “Azərbaycan” jurnalında çap olundu, haqqında çox yazıldı. Bundan sonra isə əsər geniş yayıldı. Moskvada nəşr olundu, başqa dillərə tərcümə edildi, səhnələşdirildi və s.

Layihənin digər yazıları:

Sabir Rüstəmxanlı: “O kitab maddi problemlərimi həll etdi”

# 971 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #