Tiflisdə müştərək fotosərgi

Tiflisdə müştərək fotosərgi
17 iyun 2017
# 09:11

Dünən Tiflisdə Simon Canaşia adına Gürcüstan Milli Muzeyində Azərbaycanın və Gürcüstanın görkəmli heykəltəraşları, Xalq rəssamı, AMEA-nın həqiqi üzvü Ömər Eldarov və Xalq rəssamı, akademik Merab Merabişvilinin yaradıcılığından bəhs edən əsərlərinin foto sərgisinin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Dostluq sərgi”si adlanan sərgi “Mədəni dialoq XXI” Assosiasiyası və Gürcüstanın Mədəniyyət Fondu tərəfindən Gürcüstanın Milli Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi, həmçinin Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Sərginin keçirilməsində məqsəd mədəniyyətlərarası münasibətlərin dərinləşdirilməsi və mədəniyyətlərin birləşdirilməsidir.

Tədbiri Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze açıb. O, hər iki heykəltəraşın 100-dən çox əsərlərinin fotoşəkillərini yüksək qiymətləndirərək, bu əsərlərin iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə olduğunu bildirib. Sonra “XXI əsr mədəniyyətlər arası dialoq” Assosiasiyasının prezidenti, professor Valeri Asatiani, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb, əməkdaşlığımızın daha da genişlənməsində və gənc nəslin maariflənməsində görkəmli heykəltəraşların yaradıcılığının xüsusi əhəmiyyəti olduğunu bildiriblər.

Tədbirdə çıxış edən Ömər Eldarov və Merab Merabişvili sərgiyə gələn gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələrinə, görkəmli elm və incəsənət adamlarına təşəkkür ediblər. Ö. Eldarov Bakıda da belə səpgili sərgi açılacağını bildirib.

Qeyd edək ki, gürcü heykəltəraş Merab Merabişvili Gürcüstanın paytaxtında anadan olub, Tiflis Dövlət Rəssamlıq Akademiyasının bitirib və 1991-2004-cü illərdə Akademiyanın professoru, rəsm şöbəsinin müdiri olub. M. Merabişvilinin əsərlərindən olan rus dramaturqu Aleksandr Qriboyedovun heykəli Tiflisdə, XII əsr şairi Şota Rustavelinin heykəli isə Macarıstanın Budapeşt şəhərində və digər paytaxt şəhərlərində ucaldılıb. Görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarov isə Dağıstanda anadan olub, İ. Repin adına Sankt-Peterburq Dövlət Akademiyasının Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. O, 1962-ci ildə Azərbaycan şairi Füzulinin və 1987-ci ildə Hindistanın müstəqil hərəkat lideri Mahatma Qandinin heykəllərini yaradıb.

Hər iki heykəltəraşın əsərlərindən ibarət foto sərgilərinin sərgisi iyunun 30-dək davam edəcək.

# 851 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #