Goranboyda 11 min il yaşı olan əşyalar tapılıb

Goranboyda 11 min il yaşı olan əşyalar tapılıb
6 iyun 2017
# 11:02

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Kulis.azın verdiyi xəbərə görə, ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov tədqiqatlar nəticəsində 20-dən artıq kurqan və iki yaşayış yerinin qeydə alındığını bildirib.

Bundan əlavə, eramızdan əvvəl IX-VIII əsrə aid edilən Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu nekropolunda arxeoloji tədqiqatlar davam etdirilib. İki hektar ərazini əhatə edən Nekropol 2007-ci ildə qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq olunub. Qəbirlərdəki skeletlərin ətrafından 19 ədəd saxsı qab, 200-dən artıq bəzək əşyası, muncuqlar, metaldan hazırlanmış bıçaq, iynə və digər maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Nekropolda bu il daha dörd qəbirdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #