Azərbaycanlı qardaşlar Kannda mükafat aldı

Azərbaycanlı qardaşlar Kannda mükafat aldı
30 may 2017
# 14:06

Təbrizli qardaşlar Kann festivalınında mükafat qazanıblar. Kulis.Az amerikaninsesi.org saytına istinadən xəbər verir ki, təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən Ərk qardaşları Kann Film Festivalının fondu olan Cinéfondation Seçiminin mükafatını qazanıblar.

Müxtəlif ölkələrdən kino məktəblərinin gənc rejissorları qısa və orta metrajlı filmləri ilə Cinéfondation Seçimində yarışmağa haqq qazanıblar.

Jüri heyəti 20-ci Cinéfondation Seçiminin qaliblərini mayın 26-da açıqlayıb.

Fondun veb səhifəsində yerləşdirilən məlumata görə, Belçikadan Valentina Murel “Pol buradadır” adlı filmi ilə birinci, Ərk qardaşları “Heyvan” filmi ilə ikinci, Fransız Tomaso Usbertini “İki gənc öldü” filmi ilə isə üçüncü yeri alıb.

Yayılan məlumata görə, təbrizli əkizlərə 11.250 avro dəyərində mükafat veriləcək, Heyvan filmi isə Parisin Cinéma du Panthéon kinoteatrında yenidən nümayiş etdiriləcək.

Heyvan filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

Bəhmən və Bəhram Ərk daha əvvəl türk dilində uzun metrajlı "Soyuq" filmini çəkiblər.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #