Nəriman Əbdülrəhmanlı haqqında monoqrafiya çap olundu

Nəriman Əbdülrəhmanlı haqqında monoqrafiya çap olundu
27 aprel 2017
# 15:26

Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı haqqında yeni – “Nəriman Əbdülrəhmanlının bədii yaradıcılığı” adlı monoqrafiya işıq üzü görüb. Kulis.azın məlumatına görə nəşrin müəllifi gənc ədəbiyyatşünas Yeqzar Cəfərlidir.

Kitabda Azərbaycan ədəbiyyatının 80-ci illər nəslinə mənsub olan yazıçının bədii yaradıcılığı – hekayə, povest və romanları araşdırılıb. Müəllif yazıçının əsərlərinin mövzu, üslub, dil, obrazlar sistemi və başqa xüsusiyyətlərini təhlil edir, onun portretinin maraqlı cizgilərini aşkara çıxarır.

“Qanun” nəşriyyatında çapdan çıxan kitabın redaktoru professor Bədirxan Əhmədli, elmi redaktoru isə dosent Emin Ağayevdir.

Məlumat üçün qeyd edək ki, Yeqzar Cəfərlinin bundan öncə 2011-ci ildə “Əli Fəhmi dünyası” adlı monoqrafiyası, 2012-ci ildə “Uçurum” adlı hekayələr kitabı işıq üzü görüb.

# 823 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #