Samizdat haqqında hər şey - ARAŞDIRMA

Samizdat haqqında hər şey - ARAŞDIRMA
24 aprel 2017
# 15:18

XX əsrin ortalarında yaranan samizdat nəşrlər SSRİ ərazisində geniş yayılmışdı. Lakin bir az əvvələ baxsaq, samizdat nəşrlərin XX əsr hadisəsi olmadığını anlayarıq. Məsələn, XVII əsrdə Sumarokovun satiraları əlyazma formasında bütün Rusiya ərazisini gəzmişdi.

XIX əsrin birinci yarısında Rusiyada gizli cəmiyyətlər üzə çıxdı: bir tərəfdən dekabristlər, daha sonra isə “xalqçılar”. Belə bir vaxtda böyük rus şairi Puşkin dueldə öldürüldü. Və onun ölümünə Lermontovun yazdığı “Şairin ölümü” şeiri əlyazmada bütün Peterburq əhalisinə yayıldı. Bu artıq əlyazmanın köçürülməsi idi və samizdat nəşrlərə yaxın sayılırdı.

Sonradan qadağa dalğası daha da genişləndi: Qriboyedovun “Ağıldan bəla” komediyası uzun müddət senzuraya uğradı. Qriboyedovun yanına başqa imzalar da yazılacaqdı. Nekrasovun, Barkovun əsərləri də qadağa üzü görmüşdü.

XX əsrdə samizdat geniş yayılmağa başladı.

Bəs samizdat sözü necə yarandı?

Bu söz SSRİ-də “Qoskomizdat”, “Politizdat” kimi rəsmi, dövlət yerlərinə parodiya kimi ortaya çıxdı.

Samizdat maşınkada yazılmış bədii və fəlsəfi əsərlərin Sovet vaxtı qanunsuz yayılmasına deyilirdi. Bu termin 1940-cı illərin sonlarında yarandı. Şair N.İ. Qlazkov çap olunmayan şeirinə “samsebyaizdat” (öz-özünə çap etmək) adı vermişdi.

“Samizdat” ingilis dilinə daxil olaraq belə bir məna qazanıb: totalitar və avtoritar ölkələrdə yayılan ədəbiyyat nümunələri.

Bu söz geniş yayıldı və ədəbiyyat sferasından çıxıb mahnılara da aid edildi. Maqnitofon səs yazıları da qadağan olunurdu. Bu səs yazıları “maqnitizdat” adlandı.

Samizdat getdikcə daha çox qol-budaq atmağa başladı. Bir neçə yazıçının əsəri qadağan olundu. Samizdat ədəbiyyatı Sovet ideologiyasına qarşı çıxırdı və bu da rəhbərliyin xoşuna getmirdi.

Solijenitsinin “Birinci dairə”, “Xərçəng korpusu” romanları SSRİ ərazinə samizdat nəşrlərlə yayıldı. Həmin romanlar 1968-ci ildə xaricdə çap olundu. “Arxipelaq QULAQ” əsəri də yazıçının samizdat taleyini davam elətdirdi.

Samizdat taleyini daha sonra Boris Pasternak da yaşadı. Onun məşhur “Doktor Jivaqo” romanı ilk dəfə Milanda çap olundu. Şair 1958-ci ildə Nobel laureatından imtina etdi.

Bu dəfə samizdatın qarmağına Anna Axmatova düşdü. Onun “Rekviyəm” poeması 1987-ci ildə samizdatda nəşr olundu.

Siyahı uzandıqca uzanırdı. İosif Brodski, Osip Mandelştam, Mariya Svetayeva, Struqaçki qardaşları, Mixail Bulqakov (“Master və Marqarita” romanı), Andrey Belov, Yevgeniy Zamyatin, Nabokov, Fazil İskəndər, Andrey Platonov və s.

Bu siyahı təkcə SSRİ-də yazıb-yaradanlara aid deyildi. Qadağanın əlləri daha uzaqlara uzanırdı. Xarici əsərlər də samizdat nəşr olunurdu. Məsələn, Corc Oruel, Kamyu, Kafka, Artur Kestler, Fransua Saqan, Eksüperi, Heminquey, Ceyms Hedli Ceys, Klifford Saymak, Ann və Serj Qolon, Mikki Spleyn və başqaları.

Hətta samizdata lətifə də qoşmuşdular:

Nənə hər gün “Hərb və sülh” romanını maşınkaya köçürür. Çünki onun nəvəsi ancaq samizdat oxuyurdu.

SSRİ ərazisinə geniş yayılan və əldən-ələ keçən “Metropol” almanaxı da samizdat nəşrlərə aiddir.

Stalindən sonrakı dönəmdə SSRİ-də qadağaların rəngi dəyişdi. Əvvəl siyasi senzuraya məruz qalan əsərlər, bu dəfə estetik senzuraya tuş gəlirdilər. Yeni tərzin, yeni formanın qəbul olunmamağı samizdat nəşrlərin yayılması üçün münbit şərait yaradırdı.

Eyni zamanda samizdat nəşrlər təkcə ədəbiyyatda yox başqa sahələrdə də özünü göstərirdi: kulinariya reseptləri, spirtli içkilərin hazırlanması reseptləri, topoqrafik xəritələr, pornoqrafik materiallar, modellərin boy göstərdiyi xarici jurnallar və s.

Başqa sahələr, fəlsəfə, elm, din də samizdat nəşrlərlə SSRİ ərazinə yayılırdı. Bir də samizdatın bir növü də yaranmışdı: rok-samizdat. Xarici rok musiqiləri bu yolla geniş yayılırdı...

Samizdatlar müxtəlif yerlərdə paylanılırdı. Əsasən qatarda, bazarda... Burda Vısotskinin, Stalinin, Brus Linin şəkli əks olunmuş kalendarlar, erotik və heyvanların şəkillərini tapmaq olardı.

“Alkoqolizmə və alkoqoliklərə qarşı mübarizə” illərində samizdat sözü jarqonda samoqon sözününü əvəzləyicisi kimi işlədilirdi.

Beləcə, samizdat sözü Sovetdən yaddaşımıza yazılan “KQB”, “sputnik”, “perestroyka” sözləri kimi dünyada məşhurlaşdı.

# 3363 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #