Sevirəm söyləyə bilmədik ki biz  - Tural Müseyibovun şeiri

Sevirəm söyləyə bilmədik ki biz  - <span style="color:red;">Tural Müseyibovun şeiri
18 aprel 2017
# 12:35

Kulis.az Tural Müseyibovun şeirini təqdim edir.

Oyadıb yenidən duyğularımı

Düzmək istəyirəm sevgi yoluna.

Sonsuz xatirəmi düzüb ard arda

Sildim unudulmuş tozlu vərəqi

Nələr yazılmışdı orda İlahi.

Necə də ürəkdən sevmişəm demə

Nə qədər saf imiş sevginin hissi

Acısı, ağrısı, nazı, qəmzəsi

Həsrətli sevginin gülən çöhrəsi.

Səni görməyəndə darıxırammış,

Səsin gəlməyəndə gözlər dolarmış

Üzünü görməkçün hər boylananda

Üzümə baxmadan ötüb gedişin

Mənə dünya qədər varlıq dayaqmış.

Nələr yaşatmısan mənə?

Bilirsənmi heç?

Nə sən dəyər verdin, nə mən bilmədim

Gündüzü gecəsi necə gözəlmiş.

Sevgilim, gözünə baxa bilmirdim

Baxdıqca ürəyim necə titrərdi

Sevgili günlərim necə gözəldi.

Gülüşün yetərdi, səsin bəs idi

Qaçıb boylanardım pəncərəmizdən

Dağılan saçların, gülüş səslərin

Yayılıb gedərdi həyətimizdən.

Hərdən də gözaltı mənə baxışın

Necə istəyirəm dönüm o günə

Yenidən bir addım məsafəmizdə

Danışaq, dərdləşək, söhbət edək biz

Bəs niyə?

Sevirəm söyləyə bilmədik ki biz.

O həyət də daha Əvvəlki deyil

Nə sən səsləmirsən

Nə mən gəlmirəm

Oyuncaqla qaçıb sənin yanına

Oyun bəhanəsi edə bilmirəm.

Bir ovuc əllindən tuta bilmirəm.

Mən Səni o ildə sevirəm hələ

Elə uşaq qalıb böyüməmişik.

Zamanla geriyə qayıdım deyə

Mən səni o ildə qoyub gəlmişəm.

İndi mən də orda yaşamıram ki

Sən köçüb gedəndən dağıldı hər şey

Sənə boylandığım pəncərə yoxdur

Sizin də həyətdə Sevgimiz yoxdur

Sənin yelləncəyin, sənin səslərin

İndi o həyətdə Sevdiyim yoxdur.

Gülüşün sadəcə qulağımdadır

Yaşanan günlərim yaddaşımdadır.

Silinməz qalıbdır sevgi izimiz

Həyətdən başlayıb məktəbəqədər

Məktəb girişində donan Sevgimiz.

# 940 dəfə oxunub

Oxşar xəbərlər

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
# # #