Aktyorların maaşını müəyyən etmək teatrın daxili işidir - AÇIQLAMA

Aktyorların maaşını müəyyən etmək teatrın daxili işidir - <span style="color:red;">AÇIQLAMA
14 aprel 2017
# 16:19

Bir müddət əvvəl Gənc Tamaşaçılar Teatrında yaşlı aktyorlar maaşlarının azaldılması ilə bağlı narazılıq edirdilər. APA-ya müsahibə verən teatrın direktoru Mübariz Həmidov bu məsələ ilə bağlı bildirib ki, həmin adamlar onun ən yaxın həmkarları, 30 illik dostlarıdır:

“Bilirsiniz ki, dövlət başçımızın 65 yaş həddini keçmiş insanlar haqqında fərmanı var. Əgər aktyorun fəxri adı, statusu varsa, teatr rəhbəri bir il-bir il müqavilə bağlaya bilər. Biz bunu etmişik. Həmin aktyorların 70-75 yaşı var, hər biri dövlət tərəfindən təqaüd alırlar, təmin olunublar. Evləri var, 1300 manat təqaüd alırlar, fəxri ada görə əlavə məbləğ ödənilir, maaşları da o cümlədən.”

M.Həmidov əlavə edib ki, onlar yüz faiz maaş alırdılarsa, indi alacaqlar əlli faiz. Söhbət 140-145 manatın söhbətidir və onlardan saxlanılan məbləğ nisbətən az təminatı olan gənc aktyorların maaşına əlavə olunacaq.

Bəs teatr rəhbərliyinin belə bir səlahiyyəti varmı? Maaşlar kart vasitəsilə verilirsə prosedur necə icra olunacaq?

GTT-nın direktoru Mübariz Həmidov Kulis.aza açıqlamasında bu suallara aydınlıq gətirib. Qeyd edib ki, teatr rəhbərliyinin belə bir səlahiyyəti var və bu təşəbbüs əvvəl bir balaca narazılıq yaratsa da sonradan bütün kollektiv tərəfindən xoş qarşılanıb: “Maaşın bizim tərəfimizdən müəyyən olunan hissəsi karta köçürüləcək, qalanı, dediyim kimi, gənclərin maaşına əlavə olunacaq.”

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən saytımıza bildirdilər ki, əmək haqqlarının bu cür müəyyənləşdirilməsi, gənc aktyorların vəziyyətinin yaxşılaşdırılmasına yönəlik hər hansı addımın atılması tamamilə qanunauyğundur və teatrın daxili işidir.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı isə açıqlamasında bildirib ki, təmsil etdiyi teatrda bu ənənə yoxdur: “Bizim teatr akademik statusa malikdir, ona görə də əmək haqları digər teatrlarla müqayisədə yüksəkdir. Hazırda Akademik Milli Dram Teatrında yaşlı aktyorların əmək haqlarından kəsib gənclərə vermək təcrübəsindən istifadə edilməsi gündəmdə deyil, bu məsələnin müzakirə olunması haqqında məndə məlumat yoxdur”.

# 984 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
# # #