Faşist feministlər

Faşist feministlər
12 aprel 2017
# 11:41

Zeki Demirkubuzun fikridir: “Özünü feminist, ya da qadın haqlarının müdafiəçi kimi elan edən adam bütün məsələlərə məhz bu istiqamətdən baxır. Film izləyəndə də rol aldığı bu obrazı unutmur və nəticədə ona qıcıq verəcək nəsə tapır”.

İllərdir feministlər Zeki Demirkubuzun üstünə balta ilə getdilər. Niyə həmişə filmlərində qadınlar xəyanət edir? Ən qəddar planda qadınların durmağı haqsızlıqdır. Seçiciliklə məşğuldur, qadın haqlarını pozur.

Zeki Demirkubuz isə feministlərin həmişə ona haqsızlıq etdiyini deyir və “Bulantı” filmində kişinin xəyanətini təsvir edir: “Kişi xəyanət etsin, bir az rahatlasınlar”. Sonra rejissor belə açıqlama verir: “Həyatın əsası xəyanətdir, pislikdir. Bu cür şeyləri necəsə reallaşdırmaqdır. Gözəllik, yaxşılıq, sədaqət çözüm kimi ortaya çıxıb. İnsan təbiətini qazıb araşdırsaq yaradılışımızdakı yarımçıqlığa gedib çıxar”.

Məsələ nədir? Nə yazıq ki, bu gün ideologiya ilə silahlanan gənclər sənətə aqressiya ilə yanaşırlar. Hekayəyə, romana, filmə və s. Düşüncələrini dar çərçivəyə salıblar və yalnız o çərçivədən boylanırlar həyata.

Zeki Demirkubuz film çəkir, həyatın əsasının xəyanət olduğu mesajını verir, bir feminist də ayağa durub qışqırır ki, bəs biz qadınlardan nə istəyirsiniz.

İdeologiya sevgi ilə yoğurulmayanda aqressiya yaradır. Sevgi olmayan yerdə ətrafında baş verənlərin ona qarşı olduğu düşünülür. Bir adam fikir bildirməyinə peşmandır, o dəqiqə yarğılayırlar: “Qadın hüquqlarını pozur”. Bu cümləni mən belə yazdım, onlar isə bu sözlərin yanına söyüşlər, təhqirlər əlavə edirlər.

Çox təəssüf ki, bu gün gənclər ideologiyasız dura bilmirlər. Sanki ideologiya mütləq onların həyatlarında yer almalıdır. Bizdə ideologiyaya baş qoşan gənc öz yarımçıqlığını gizlətməyə çalışır. Əsas istəyi odur ki, ətrafında çox adam olsun, fikirlərinin təsdiqini tapsın, səsinə səs verilsin. Küyə gedirlər. Nazım Hikmət, Dəniz Gəzmiş, Çe Gevara olmaq cəhdində bulunurlar. Halbuki bu adamların ideologiyası əzilənlərin yanında durmaq idi. Onlar ideologiyanın dar çərçivəsinə sığınmırlar. Kimisə çəkdiyi filmə, yazdığı yazıya görə ittiham etmirlər. İndi ideologiya donu geyinmiş cavanlar İŞİD-çi təfəkkürlü dindarları xatırladır və bu tükürpədicidir. Bunlar hələ cəmiyyətin fərqli rəngləridir. Ancaq heyf ki, bu fərqlilik onların yalnız zahiri görünüşünə hopub. Silahlandıqları ideologiyanın dar çərçivəsindən çıxa bilmirlər, dünya görüşlərini inkişaf etdirmirlər. Hər gün kompüterin qarşısında dayanıb sosial şəbəkədə kimin “qatıqlayacağını” gözləyir, sonra da “ağzının payını verirlər”.

Vəssalam, onların ideologiyasının qayəsi budur. Heyf! Get-gedə radikallaşırlar. Onlarla razılaşmayanları hədələyirlər, hətta. Artıq içində olduqları ideologiyanı getdikcə faşizmə apardıqlarından xəbərsizdilər.

# 1206 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #