Atmosferin iki təbəqəsi də varmış... - ANALİZ

Atmosferin iki təbəqəsi də varmış... - <span style="color:red;">ANALİZ
7 aprel 2017
# 15:13

Yer kürəsi atmosferinin əsas dörd təbəqəsi var: Troposfer, Stratosfer, Mezosfer, Termosfer. Bu təbəqələr planetimizi zərərli radiasiya şüasından qoruyur. Lakin orta məktəb dərsliklərində bu siyahıya Ekzosfer də əlavə ediblər. Bu isə müəyyən qədər elmi faktlara əks gedir. Çünki beşinci “təbəqə” Termosfer təbəqəsinə aiddir, digər bir alt-təbəqə İonosfer də buraya daxildir. Beləliklə, bir çox qrup insanlar ümumi hesabla 7 təbəqə olduğunu iddia edirlər. Onlar üçün 7-ci təbəqə - Maqnitosfer (alt) təbəqəsidir.

Çox qəribədir ki, bəzi saytlarda beş, altı və yeddinci təbəqələrin adları müxtəlif yazılır: ozonosfer – ionosfer – ekzosfer; manyetosfer – ionosfer – ekzosfer; ekzosfer – ionosfer – maqnitosfer və s.

Gördüyünüz bu siyahıda bəzən adlar uydurulmuş olur, bəzən səhv yazılır, bəzən isə sadəcə alt-təbəqə olur. Əgər alt-təbəqələri tam təbəqə hesab etsək nəticədə, 7 yox 9 təbəqə alınır:

  1. Troposfer
  2. Tropopauza
  3. Stratosfer
  4. Mezosfer
  5. Mezopauza
  6. Termosfer
  7. Termopauza
  8. İonosfer
  9. Ekzosfer

Maqnitosfer

Bəs, ozonosfer hardadır? Bəli, belə bir təbəqə yoxdur. “Ozon qatı” Stratosferin içərisində yerləşir və elmi terminologiyada çox az hallarda “ozon qatı” kimi istifadə edilir. Çox zaman “ozon hissəsi”, “ozon molekulları” deyilir.

Formalaşdırdığım bu siyahıda “Tropopauza” (və digər yeni alt-təbəqə) bəlkə də heç vaxt eşitmədiyiniz bir alt-təbəqə də öz yerini tutub. Maraqlıdır, bəs nəyə görə onu və digər siyahıda qeyd olunmuş alt-təbəqələri nəzərə almırlar? Bu suala cavab verməzdən əvvəl, başqa bir sualı araşdırmağı təklif edirəm: Maqnitosfer necə bir təbəqədir?

Maqnitosfer – göy cisminin ətrafında olan maqnit sahəsidir. Bu nüvənin təsiri nəticəsində Yer kürəsinin ətrafında örtük yaradır. Bu sahənin köməyi ilə Günəşdən gələn radiasiya şüalarını əks etdirir, yəni onların kürəyə təsirini aradan qaldırır. Qütblərin üzərində, təxminən 60 000 km hündürlükdə maqnit sahəsi başlayır. Bunun vizioloji nəticəsi kimi qütb parıltılarını göstərmək olar. Öz-özlüyündə bu təbəqə atmosferə aid olmasa da, “Atmosferin quruluşu”nda iştirak edir.

İndi isə, düşünürəm ki, ilk suala qayıtmaq olar: Yer kürəsi atmosferinin 7 qatdan ibarət olduğunu deyən insanlar, nəyə görə “Tropopauza”nı nəzərə almırlar? Müxtəlif fərziyyələr və falçılıq hiylələrinə keçməzdən əvvəl, bu suala belə cavab vermək olar – “Ona görə ki, atmosferin bu alt-təbəqəsi o qədər də, populyar deyil”. Necə ki, Termopauza, Mezopauza və sair araşdırma və tədqiqatlar zamanı az istifadə edilən alt-təbəqələr də kölgə kimi kənarda qalır. Məsələn, köhnə təhsil sistemi zamanı istifadə edilən Coğrafiya kitablarında bu alt-təbəqə(lər), ümumiyyətlə, qeyd olunmayıb.

Bu psixoloji effekt çox sadə işləyir. Məktəbdə oxuduğumuz vaxtlarda aldığımız infotmasiyadan istifadə edərək, yeni sistem qurmaq çox sərfəlidir. Nəticədə bizim assosiativ yaddaşımız asanlıqla bu yeni sistemi - həqiqət kimi - həzm edəcək. Terminlərin sadəliyi bizdə özünə inam hissi yaradacaq ki, nəticə kimi yazılan bütün məlumatı həqiqət kimi qəbul edəcəyik. Kinematoqrafiyada istifadə edilən “Kuleşov effekti” kimi: ikinci səhnəni birincisi ilə əlaqəsi olmayan səhnədən sonra verəndə, insanı pedofil kimi mühakimə belə etmək mümkündür. Həqiqətin içərisinə yalan qatmaq kimi.

İnformasiyanı axtararkən, onu düzgün ünvandan axtarın və nəzərə almaq lazımdır ki, axtarış zamanı istifadə etdiyiniz açar sözləri, nəticəyə daha çox təsir edir. Əgər axtarış da “göyün 7 təbəqəsi” və ya “göyün yeddi qatı” yazsanız. “Nəticə istədiyiniz kimi olacaq” – bu cümlədə istifadə etdiyim “istədiyiniz” sözü açar sözlərinə əsasəndir. Çünki belə açar sözləri, sizi “göyün, həqiqətən, yeddi təbəqədən” ibarət olduğu qənaətinə gətirib çıxaracaq.

Axtarış zamanı düzgün, ədalətli açar sözlərindən istifadə edin (məsələn: “atmosferin quruluşu”; “atmosferin təbəqələri”) və girdiyiniz saytın tərəfkeş, ayrıseçkili olmasına xüsusilə fikir verin. Çünki informasiya qiymətlidir, lakin doğru olanını axtarmaq, lap saman tayasında iynə axtarmaq kimidir. Ona görə də biz informasiyaya qarşı çox tənqidi yanaşmalıyıq.

“21-ci əsrdə biz uşaqlarımıza kitab oxumağı yox, həmin kitablara tənqidi yanaşmağı öyrətməliyik” – Corc Karlin.

Mənbə:

https://www.nasa.gov/mission_pages/sunearth/science/mos-upper-atmosphere.html

http://teachertech.rice.edu/Participants/louviere/struct.html

https://upload.wikimedia.org/wikipedia/commons/9/9f/Atmosphere_layers-az.svg

Mirzə İskəndərov

# 6672 dəfə oxunub

Oxşar xəbərlər

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
#
#
# # #