Bu qədim peşələr daha yoxdur – SİYAHI

Bu qədim peşələr daha yoxdur – <span style="color:red;">SİYAHI
6 aprel 2017
# 09:00

Kulis.az müasir dövrdə mövcud olmayan on tarixi peşəni təqdim edir.

1. Siçovultutan

Крысолов

Viktorian epoxası zamanı siçovultutanlar olduqca gərəkli peşə sahibləri idilər. Onlar siçovulların Londonda populyasiyasını tənzimləyirdilər. Siçovulları daha çox çılpaq əllə tutur, bəzən isə siçovul zəhərindən, tələdən, həmçinin teryer cinsi itlərdən istifadə edirdilər.

2. Roma orgiyalarının təşkilatçısı

Организатор римских оргий

Qədim Romada orgiyalara olduqca ciddi yanaşırdılar. Buna görə bu tip tədbirlərin təşkilatçılarının çiyninə böyük məsuliyyət düşürdü. Axı hər şey yağ kimi getməli idi. Bu adamlar yeməklərdən tutmuş, qonaqların siyahısına və orgiyanın keçiriləcəyi yerə qədər hər bir detalı nəzərə almalı idilər. Ən məşhur orgiya təşkilatçısı Qay Petroni olub. O, hətta öz qəribə peşəsi haqqında kitab belə yazıb.

3. Cəsəd oğrusu

Похититель трупов

Ölüdirildənlər (yaxud cəsəd oğruları) – o dövrdə mövcud olan tibb məktəblərinin ştatdankənar işçiləri sayılırdılar. Onlar qəbirdən ölünü çıxarıb məktəbə aparır, burada tibb mütəxəssisləri onları tədqiq edirdilər. Nəhayət bu iş ciddi problemə çevrildi. Çünki iki qatil sadəcə sonradan meyitləri satmaq naminə qəsdən adam öldürürdü.

4. Kompüter

Компьютер

Müasir kompüterlər çıxana qədər onların işlərini insanlar yerinə yetirirdirlər. Hətta bir zamanlar NASA-da bu adda rəsmi vəzifə varmış. Əksəriyyəti qadınlardan ibarət olan bu kompüterlərin işləri riyazi hesablamaları aparmaqdan ibarət imiş. Bundan başqa qadınlar başlarında səhvsiz hesablama aparmalı idilər, bunun üçün xüsusi metodu bilməli idilər.

5. Ornatris (kölə - bərbər qadın)

Орнатриса (рабыня-парикмахерша)

Ornatris – kölə parikmaxer qadınların xidmətindən Qədim Romada geniş istifadə olunurdu. Hər varlı ailədə ornatrislər olur, onlar ən son dəblə maraqlanır və onu tətbiq edirdilər. Bu gün Qədim Roma incəsənət əsərlərində və pullarında gördüyümüz saç formaları həmən ornatrislərin təxəyyüllərinin məhsuludur.

6. Natiq

Лектор

İndiki ofis işçiləri adətən radio dinləyirlər. Əvvəllər isə zavod və fabrik işçilərini xüsusi natiqlər əyləndirirdi. Natiqlərin vəzifələri fəhlələrə son xəbərləri və bədii əsərlər oxumaqla onları əyləndirmək idi.

7. Bərbər-cərrah

Парикмахер-хирург

Bizim dövrümüzdə bərbərlərin işləri xeyli asanlaşıb. 1500-cü illərdə isə onlar saç kəsmək, bit təmizləmək, üz qırxmaqla yanaşı, diş çəkir, hətta qan alırdılar.

8. Pişiklərə ət paylayan

Доставщик мяса для котов

Viktorian dövründə pişiklər yüksək səviyyədə qidalanırdılar. Onların gündəlik qida rasonuna ət də daxil idi. Əti onlara xüsusi kuryer çatdırırdı. Kuryerlər sallaqxanadan əti alıb xüsusi şişlərə keçirir və evlərin kandarına qədər gəlib pişikləri yemləyirdilər.

9. Kimyagər

Алхимик

Kimyagər işi yəqin ki, tarixdə ən maraqlı peşə olub. Onların işi müxtəlif eksperimentlər yolu ilə qurğuşunu qızıla çevirmək idi. Bu peşə haqqında müxtəlif rəvayətlər mövcuddur. Hətta deyilənə görə Nostradamus kimyagərlik sayəsində ölümsüzlük qazanıb. Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” pyesində bu peşə sahibləri tənqid olunur.

10. Kareta daşıyan

Носильщик карет

Kölələrin gördüyü ən ağır işlərdən biri yəqin ki, kareta daşımaq olub. Bu adamların işi yüksək cəmiyyət adamlarını karetada daşımaq və adamları özlərinin qlamur məkanlarına çatdırmaq idi. Şərqdə buna kəcavə deyirdilər. Fayton kimi qoşqu vasitələri çıxandan sonra bu peşəyə də tələbat kəsildi.

# 4054 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #