Niyə ssenaristlərin adı birinci yazılırdı? - MÖVQE

Niyə ssenaristlərin adı birinci yazılırdı? - <span style="color:red;">MÖVQE
14 mart 2017
# 13:00

Sovet vaxtı nümayiş olunan filmlərdə əvvəlcə ssenaristin adı yazılırdı, sanki rejissor ikinci dərəcəli görünürdü. Halbuki film daha çox rejissorun adı ilə bağlıdır. Bəs nəyə görə Sovet filmləri bu cür təqdim edirdi? Bunun səbəbi nə idi?

Kulis.az mövzu ilə bağlı yığcam biri araşdırma apardı. İlk həmsöhbətimiz kinorejissor Hüseyn Mehdiyev filmlərdə ssenari müəllifinin adının rejissordan əvvəl qeyd edilməsini dövlətin ideologiyası ilə bağladı:

Image result for hüseyn mehdiyev

- İdeologiya, ideologiya və ideologiya! Filmlərdə ssenaristin adını ona görə əvvəl yazırdılar ki, ondan istifadə eləsinlər və rejissor lazım olmayan istiqamətlərə yönəlməsin. Vəssalam. Hər şey ideologiyaya hesablanırdı.

Kinoşünas Aydın Dadaşov isə ssenaristin qabağa çəkilməsində senzuranın rol oynadığını qeyd etdi:

Image result for aydın dadaşov

- Filmlərin ədəbi modelini ssenarist müəyyən edirdi. O vaxt filmə görə ssenarist rejissordan 20 faiz çox qonorar alırdı. Dünya miqyasında rejissor kinosu var. Ancaq məsələn, İtaliya kinosunda elə filmlər var ki, ideyanı, süjeti, dialoqu bir qrup insan yazır, kollektiv şəkildə. Sovet vaxtı ssenaristin adının əvvəl yazılması da senzuraya görə idi. Rejissor heç vaxt ssenaridən kənara çıxa bilməzdi. Ssenari senzuranın möhürü idi. Ssenaridən kənara çıxan rejissor cəzalandırılırdı. Əvvəl ssenari təsdiq olunurdu, sonra da rejissor ona uyğun film çəkirdi. Televizorda diktor necə idi? Mətn olurdu əvvəl, senzura ona baxırdı, təsdiq olunandan sonra verilirdi diktora, o da oxuyurdu. Eyni ssenari kinoda da baş verirdi.

# 1823 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #