Aşıq Ədalətin səhhəti pisləşib

Aşıq Ədalətin səhhəti pisləşib
19 yanvar 2017
# 16:28

Tanınmış aşıq Ədalət Nəsibovun səhhətində problemlər yaranıb.

Aşıq xəstəxanaya düşdüyünü, hazırda ev şəraitində həkim nəzarəti altında müalicə olunduğunu bildirib:

"Bekafam, özümü yaxşı hiss eləmirəm. Bir neçə gündür ki, xəstəxanalar gəzirəm. Boğazım bərk ağrıyırdı. Dərdimi bilən yox idi. Getdim özəl klinikaların birinə, analizlər verdim. Həkimlər dedi ki, sənin boğazında heç nə yoxdu, problem mədəndədir. Oradan gəldim Klinik Xəstəxanaya. Mədəmə zond salıb yoxladılar, dava-dərman yazdılar. Dedilər xəstəxanada yatmalısan, razı olmadım. Evimiqoyub xəstəxanadamı yatacam? Dedim yazın verin dərmanlarımı, evimdə qəbul edim. Heç dərdimi demirlər. Deyirlər mədəndəndir, o da vurub boğazına".

Aşıq müalicə müddətinin üç ay çəkəcəyini deyib:

"Bahalı dərmanlardı, hamısını zəhər kimi içirəm. Həkimlər gəlib yoxlayır. Görüm başıma nə gəlir".

Qeyd edək ki, aşıq ötən il əməliyyat olunub. /milli.az/

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #