Teatr Xalq artistini və rejissoru məhkəməyə verir - QALMAQAL

Teatr Xalq artistini və rejissoru məhkəməyə verir - <span style="color:red;">QALMAQAL
18 yanvar 2017
# 13:22

Müstəqil ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verir.

Bu barədə Kulis.Aza ADO teatrının meneceri Kamal Aken məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı hətta Daxili İşlər Nazirliyinə (DİN) də müraciət olunub: “Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Vəkil ADO teatrının rəhbəri və əməkdaşlarına qarşı Akademik Teatrın rejissoru Əlif Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət ünvanlayıb. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.

Teatrdan bildirilir ki, artıq məhkəmə sənədlərinin də hazırlanması yekunlaşıb: “Akademik teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirib. Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib. Məhkəmə iddiasında “üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Toplanmış faktlar da iddia ərizəsinə əlavə olunub. Biz hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”.

# 862 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #