Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI
16 yanvar 2017
# 11:19

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Romanı Neronun yandırdığını bilirik. Ancaq əsl həqiqət başqadı.

Roma yananda Neron nə işlə məşğul idi?

Deyilənə görə Roma yanan vaxt Neron Troyanın yanmağından bəhs edən mahnı oxuyurmuş. Bu, şəhəri Neronun yandırmağı mənasına gəlirdi.

Həqiqət isə tamam başqaydı. Neron yanğın vaxtı şəhərdən 56 km uzaqda yerləşən dəniz kənarındakı evindəydi. Xəbəri alan kimi tez-tələsik Romaya getmiş və yanğını söndürmək üçün əlindən gələni etmişdi.

Neronun Romanı yandırmağı ilə bağlı başqa bir şübhəli məqam da vardı. Düşünürdülər ki, bəlkə də şəhəri yenidən qurmaq istəyib. Sonra da günahı xristianların üstünə ata bilib.

Əslində isə Neronun belə bir fikri yox idi. Neron tamam başqa bir işlə məşğul idi. O, qadın paltarı geyinib mahnı oxuyur, musiqi ilə məşğul olurdu. Kef çəkməyi sevirdi Neron. Geyim fetişisti idi. Eyni zamanda anasını öldürtmüşdü. Musiqi istedadından çox məmnun idi və ölüm ayağında belə demişdi: “Dünya mənim kimi bir sənətkarı itirir!”

Bəzilərinə görə, əsasən kifaraya (lirin bir növü) marağı vardı, amma tuluqzurnası da çalırdı.

Neron eyni zamanda dondurmanı kəşf etmişdi. Qulluqçularının dağlardan gətirdiyi qarın içinə meyvə suları qatırdı.

Neronun insanları zəhərləmək üçün istifadə etdiyi Lokusta adında adamı da olub. Lokusta ilk silsilə qətllər törədən adam kimi tarixə düşüb.

Digər yazılar:

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #