Yazıçı alkoqolikə çevriləndə uduzduq biz...

Yazıçı alkoqolikə çevriləndə uduzduq biz...
2 dekabr 2016
# 11:49

Son zamanlar düşünürəm ki, biz yazıçı missiyamızı anlasaydıq heç nə bu cür olmayacaqdı.

Ölkənin mədəni və mənəvi mühiti də hər şey daha gözəl olacaqdı.

Balığın iylənən başı biz olduq.

Biz klassiklərimizi unutmuşuq, məsələ budur.

Onların məşəqqətli həyat yolunu, ədəbiyyat, xalq maarifi yolunda verdiyi qurbanları, çəkdiyi məşəqqətləri unutmuşuq.

Həmişə deyirəm, biz teatrı olmayan ölkənin dramaturqu Mirzə Fətəlinin övladlarıyıq.

İndi yolunu azan oğul qayıtmalıdır.

Özümüzdə qətiyyət və cəsarət tapıb o ideallara qayıtmalıyıq.

Missiyamızı gerçəkləşdirməliyik.

Bizim işimiz nədir?

Yazmaq!

Sonra?

Ölkədə maarifi yaymaq, mümkün mərtəbə daha çox insana çatmaq, onların ruhunu oyatmaq...

Onları ədəbiyyatın cazibəsinə salmaq, daha yaxşı insan, daha yaxşı vətəndaş etmək.

Bu, bizə qalan ədəbi mirasdır, vərəsəliyimiz bunu tələb edir.

Biz nə edirik?

Ucuz kafelərdə sərsəm söhbətlər...

Hər yerdə mənəm-mənəmlik...

Gombul eqolar...

Xalq kitab oxumur nidaları.

Xalq teatra getmir hayqırışları.

Hamıdan və hər şeydən şikayət...

Sən demə hamı pisdir, bircə yaxşı olan bizik.

Amma əksini iddia edirəm.

Pis olan elə bizik.

Yazıçı adı, şair adı “maarif xadimi” adıyla yox alkoqolik adı ilə assosiasiya olunursa bu Gəncə şərab zavodunun yox, bizim günahımızdır.

Bizim faciəmiz məqsədi unutduğumuz gündən başladı.

Bizim faciəmiz yazmaq əvəzinə güzəran arzulamaqla başladı: “Şərait olsa, yazaram”.

Bu ölkədə heç vaxt şərait olmayıb, Füzulidən bu yana vəziyyət dəyişməyib.

Və heç kim bizi zorən yazıçı etməyib.

Bu, bizim könüllü seçimimizdir.

Lakin biz bu seçimə görə insanlara minnət qoyuruq.

Seçim könüllü olsa da ondan sonrası məcburidir.

Yazıçısansa, şairsənsə şəxsi eqonu qırağa qoymalısan, yaxşı əsərlər yazmaq üçün çabalamalısan, maarifi yaymalısan, insanlara nümunə olmalısan.

Amma biz bütün bunlar əvəzinə şikayətlər edirik.

Halbuki Opera teatrında trumpet çalan nə etsin?

Aldığı maaş heç kommunal xərclərə çatmır.

Bəs alimlər nə etsin, aktyorlar neyləsin?

Hər yerdə vəziyyət budur.

Amma sən demə bircə maddi vəziyyəti ağır olan bizlərik.

Bu olmur.

Böyük sənət idealı yaratmaq istəyirsənsə hər şeyə dözməlisən.

Heç kimə minnət qoymamalısan.

Ancaq yaradıcılıq haqda düşünməlisən.

Yox, əgər səni məişət daha çox düşündürür və danışdırırsa demək sən heç zaman sənətin odunda yanmamısan.

Demək, heç zaman Sabiri anlamamısan, Hadini anlamamısan.

Sən anadan yazıçı doğulmamısan.

Bu sənət sənə rəyasət üçün lazımdır, məişət üçün lazımdı, şöhrət üçün lazımdır.

Və ölkədə sənətə verilən qiymət, ədəbiyyata verilən qiymət buna görə acınacaqlı səviyyədədir.

Bu, bizim günahımızdır.

Biz yazıçı olduğumuzu anlasaydıq hər şey çox daha başqa olardı.

Bu günah bizim!

# 852 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #