Alpay Azərdən Elçinə AÇIQ MƏKTUB

Alpay Azərdən Elçinə <span style="color:red;">AÇIQ MƏKTUB
26 oktyabr 2016
# 11:00

Kulis.az Alpay Azərin Elçinə açıq məktubunu təqdim edir.

Azərbaycan Respublikası,

Baş Nazirinin müavini

Elçin Əfəndiyevə

Hörmətli Elçin müəllim,

Yəqin, mətbuatdan da məlumatınız var ki, şair, yazıçı və tərcüməçi Kənan Hacı uzun müddətdir Hepatit C xəstəliyindən əziyyət çəkir. Bakıda və təkrar Türkiyədə aparılan müayinələr nəticəsində məlum olmuşdur ki, bu xəstəliyin müalicəsi üçün onun İsrail istehsalı olan bahalı dərmanlarla bir yerdə təxminən 40 min dollar civarında maliyyə yardımına ehtiyacı var. Məsələ burasındadır ki, Kənan Hacının Hepatit C xəstəliyini elə də bahalı olmayan Misir istehsalı olan dərmanlarla da müalicə etmək mümkündür. Bu müalicə kursunun müayinələr daxil, nisbətən ucuz dərmanlarla bir yerdə qiyməti təxminən 5-6 min dollar civarında edir.

Sizin Azərbaycan hökumətində tutduğunuz vəzifəni nəzərə alaraq, Kənan Hacının heç olmasa, bahalı olmayan kursla müalicə olunmasına dəstək olmanızı xahiş edirəm.

P.S. Düzü, bu məktubu yazanda, çox istədim, təsirli alınsın, bəlkə də o cür alınmayıb, amma ümid edirəm ki, bu məktubla dövlət səviyyəsində Kənan Hacıya olan qayğıya səbəb ola biləcəm.

Hörmətlə,

Alpay Azər

26.10.16

# 950 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya" mahnımız yeni versiyada - Video

"Avroviziya" mahnımız yeni versiyada - Video

13:30 18 aprel 2024
Burak Özçivitin yeni filmi açıqlandı

Burak Özçivitin yeni filmi açıqlandı

13:00 18 aprel 2024
Gənc Tamaşaçılar Teatrının may repertuarı

Gənc Tamaşaçılar Teatrının may repertuarı

12:30 18 aprel 2024
"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

"Kamran Ağabalayev şeir oxuyanda mən utanıram" - Bayağılığı təbliğ edən qiraətçilər

12:00 18 aprel 2024
Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

Mehdi Hüseynlə bağlı yeni görüntülər yayımlandı

12:00 18 aprel 2024
"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

"Sağ əlimiz Ukraynanın başına!" - Həmid Herisçi

11:52 18 aprel 2024
# # #