Həbsxanadakı uşaqları öyrədək və oxudaq !

Həbsxanadakı uşaqları öyrədək və oxudaq !
22 sentyabr 2016
# 18:05

Uşaq hüquqları üzrə vəkil Gülayət Hacıyeva həbsxanada kitabxanalar yaratmaq məqsədilə xüsusi layihə hazırlayıb. Bu barədə Kulis.az - a məlumat verən vəkil bildirib ki, təcridxanadakı yetkinlik yaşına çatmayan məhkum uşaqları təhsilə cəlb etmək üçün yeni bir layihəyə start veriblər.

Layihənin əsas məqsədi uşaq təcridxanalarında kitabxanalar yaratmaq və oradakı məhkumlarda kitab oxuma vərdişləri aşılayaraq onların təhsilə maraqlarını artırmaqdır.

"Məlumdur ki, təcridxanalar insanın islah olunması üçün nəzərdə tutulan müəssisələrdir və belə yerlərdə kitabxanaların olması, təhsil və elmlə bağlı müxtəlif tədbirlərin keçirilməsi vacibdir. Təəssüf ki, Azərbaycanda bir çox uşaq təcridxanaları bu kimi imkanlardan məhrumdur. Bunu nəzərə alaraq, ölkəmizdəki uşaq təcridxanalarını əhatə edən layihə hazırlayıb, məhkumların müxtəlif növ kitab və dərsliklərə çıxışını asanlaşdırmaq qərarına gəldik. Layihənin şərtləri kitab siyahısında dini və siyasi fikirləri əks etdirən materialların olmasına yol vermir".

Layihənin Nyu-Yorkda və Azərbaycanda həyata keçirildiyini bildirən vəkil hər kəsdən bu işdə onlara yardımçı olmağı və yaradılacaq kitabxanalara kitab bağışlamağı xahiş edir.

Nyu-Yorkda yaşayan həmvətənlərimiz əlaqə saxlaya bilərlər.

[email protected]

Linda Eaddy, Executive Director Program Operations

75-20 Astoria Blvd. suite 110

East Elmhurst NY 11370

Office Phone#: 718 546-0440

Office cell, bb#: 646 841-2025

Fax 718 278-6458

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #