Argentina məhkəməsi Lorkanın qətlini araşdıracaq

Argentina məhkəməsi Lorkanın qətlini araşdıracaq
18 avqust 2016
# 16:09

Argentina məhkəməsi ispan şairi Federico Garsia Lorcanın ölüm şəraitini araşdırmağa başlayıb.

İstintaq Argentinanın Tarixi Dəyərlərin Bərpası Asossasiyasının təşəbbüsü ilə başlanıb. Hakim Maria Servini 1936-cı ildə Lorcanın Grenadada itkin düşməsi ilə bağlı şikayəti qəbul edib. Asossasiyanın rəhbəri Emilio Silva BBC-yə deyib ki, şairin ölümü ilə bağlı bənzər müraciəti İspaniya məhkəmələrinə də ediblər.

Hakim Maria Servini İspaniya vətəndaş müharibəsi dövrünə bir sıra cinayətlərin araşdırılması ilə məhkəmə işlərini aparması ilə məşhurdur.

İspan şairi və dramaturqu, musiqiçisi və qrafik-rəssamı Federico Garsia Lorca XX əsr ispan mədəniyyətinin ən parlaq mədəniyyət xadimlərindən biridir. O İspaniyada vətəndaş müharibəsi zamanı 40 ildən çox hakimiyyətdə olmuş Frankoya qarşı üsyanda Franko tərəfdarı olan millətçilər tərəfindən öldürülüb. Onun ölüm şəraiti məlum deyil.

Şairin ölümü haqda indiyə kimi sadəcə fərziyyələr var, əslində isə o sadəcə itib. 2008-ci ildə Lorca ilə birgə güllələnmiş müəllimin nəvəsi babasının meyitinin tanınması üçün qardaşlıq məzarının açılmasını istəmişdi. O zamana qədər Lorcanın cəsədinin həmin məzarlıqda olduğuna inanırdılar. Lakin məzarlıq açılanda Lorcanın qalıqları ordan çıxmayıb.

Xatırladaq ki, İspaniyada vətəndaş müharibəsi dönəmində hər iki tərəfdən birlikdə 500 mindən çox insan həlak olub.

Azadliq.org

# 1053 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #