Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyi əcnəbi gənclərlə görüşüb

Azərbaycan Yaradıcılıq Fondunun rəhbərliyi əcnəbi gənclərlə görüşüb
27 iyul 2016
# 17:08

Dünən “Anatolia” otelində Azərbaycan Yaradcılıq Fondunun rəhbərliyi və “Multikulturalizm” jurnalının redaksiya heyəti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi iştirakçılarının görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbayca Yaradıcılıq Fondunun rəhbəri Qismət Rüstəmov qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Qismət Rüstəmov Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un "Basatın Təpəgözü öldürdüyü boy"unun alman şərqşünası, türkoloq, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200”, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabları, eyni zamanda Azərbaycan Yaradıcılıq Fondunun nəşrləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Yaradcılıq Fondunun Sim-sim.az saytı haqqında da danışan Qismət Rüstəmov tədbir iştirakçılarını saytla əməkdaşlığa dəvət edib. Qismət Rüstəmov Azərbaycan ədəbiyyatı haqqında da tədbir iştirakçılarını məlumatlandıraraq bildirib ki, müstəqillik dövründə Azərbaycanda tamam fərqli, yeni ədəbiyyat yaranmaqdadır.

“Multikulturalizm” jurnalı haqqında məlumat verən jurnalın baş redaktoru Fəxri Uğurlu qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. Fəxri Uğurlu bildirib ki, “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Tədbirdə iştirak edən əcnəbi gənclər Azərbaycanda gördükləri tolerant mühitdən danışıblar, ölkəmizin multikultural dəyərlərə sahib çıxdığını vurğulayıblar. Gənclər ölkələrindəki hazırkı ədəbi mühit haqqında da məlumat veriblər.

Tədbirin sonunda BBMM-in nəzdində fəaliyyət göstərən “Kultura+” internet televiziyasının fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.

# 803 dəfə oxunub

Oxşar xəbərlər

"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
#
#
# # #