XX əsrin ən seksual ulduzu bu qadındır

XX əsrin ən seksual ulduzu bu qadındır
27 iyun 2016
# 09:00

Kulis.az Merlin Monronun həyatından bəhs edən “Axmaq sarışın” yazısını təqdim edir.

Həyatı

1 İyun 1926-cı ildə Los-Ancelesdə Norma Cin Mortenson adlı qızcığaz dünyaya göz açır. Ancaq kiçik yaşlarından başlayaraq ailə qayğısı baxımından onun bəxti heç gətirmir. Atası Çarlz Stenli Gifford satıcı idi. Bəzi mənbələrdə isə anasının ikinci əri Martin Eduard Mortensonun onun atası olduğu iddia edilir. Anası Qladis Perl Bakerin əvvəlki evliliyindən iki uşağı olub. Anası şizofreniya xəstəsi olduğu üçün xəstəxanaya yatırılır və Monro ondan sonra uşaq evində yaşamağa məcbur olur. Və onun uşaq evindəki çətin, məşəqqətli illəri üç ildən çox çəkir. Onun dayısı Mariyon da ruhi əsəb dispanserində müalicə alıb və dispanserdən ayrıldıqdan son intihar edib. Aktrisanın babası və nənəsi isə depressiyadan əziyyət çəkib.

Aktrisa 7 yaşına qədər dindar ailədə yaşayır. Daha sonra anası Qladis xəstəxanadan çıxıb ev alır. Bundan sonra Monro anası ilə yaşamağa başlayır. Anasının təkrar halı pisləşir və o, anasının rəfiqəsi Qreys Makkinin yanında qalmağa başlayır. 1935-ci ildə Qreys ailə həyatı qurur və Merilin Los-Ancelesdə yenidən uşaq evinə yerləşdirilir.

İki il sonra Qreys onu geri qaytarsa da, əri 9 yaşlı Monroya təcavüz edir. Bu dəfə o, xalasının yanına göndərilir, xalası oğlanlarının təcavüzünə məruz qalan Norma Qreysin xalasının evinə gedir. Bu evdə bir müddət qalandan sonra isə yenidən Qreysin evinə köçür. 16 yaşlı Norma daha sonra özündən 5 yaş böyük qonşularını sevir. Fəhlə Cim Duqerti ilə ailə quran Norma 4 il sonra səhv addım atdığının fərqinə varır və ayrılır. Və zaman gəlir onun film karyerası başlayır, Norma Cin Mortenson Merilin Monro olur...

Karyerası

Bundan sonra o, “The Blue Book” mankenlik agentliyində işə başlayır. Bundan əlavə aktrisalıq və musiqi kurslarına yazılır. Norma qısa bir müddətdə “The Blue Book” mankenlik agentliyində ən uğurlu modellərdən biri olur. O, “20 th Century Fox”un sahibi Ben Lyonun diqqətini çəkir. Ben Lyon onun üçün sınaq çəkilişləri hazırlayır, bundan əlavə o, aktrisa ilə 6 aylıq müqavilə bağlayır. Lyonun məsləhəti ilə adını Merilin Monro qoyur. Monro “Scudda Hoo! Scudda Hay!" və "Dangerous Years" adlı iki filmdə rol alır. Ancaq bu iki film onun üçün uğursuz olur. Şirkət aktrisa ilə yenidən müqavilə bağlamadığı üçün o, bir müddət işsiz qalır.

Monro "Ladies of the Chorus" adlı filmdə ilk dəfə mahnı oxuyur və rəqs edir. Daha sonra isə "The Asphalt Jungle" ve "All About Eve" filmlərində iki rol alır. Bu filmlərdə qısa, amma diqqət çəkən rolları ilə tənqidçilərin diqqətini çəkir.

Sonra iki il boyunca "We're Not Married!", "Love Nest", “Let's Make It Legal” ve “As Young as You Feel” kimi filmlərdə əhəmiyyətsiz rollar alır. Daha sonra aktrisa Fritz Langın "Clash of Night" adlı filmində uğur qazanacağı rol alır. Daha sonra o, yenidən "Monkey Business"u filmində rol alır. Bu iki filmin uğuru tənqidçilərin Monro haqqında fikirlərini tamamilə dəyişir. Monronun çəkilişlərdə iştirakı onun çətin aktrisa olması təsirini bağışlayır. Onun çəkilişlərə gec gəlməsi, yaxud heç gəlməməsi, filmdə səsləndirəcəyi sözləri unutması, onu rejissorların gözündən salırdı.

Monro spirtli içkiləri dərmanlarla birlikdə istifadə etdiyi üçün səhhətindəki problemlər daha da artır. 1952-ci ildə Monro "Don't Bother to Knock" adlı filmdə baş rolda çəkilir. O, bu filmdə psixoloji problemləri olan dayə rolunu canlandırır. Az büdcə ilə çəkilən filmdən sonra tənqidçilər Monronun daha böyük rollarda çəkilə biləcəyinə inanır.

Monro, nəhayət 1953-cü ildə “Niagara” filmi ilə məşhur ola bilir. O, bu filmdə ərini öldürmək istəyən qadın rolunu canlandırır. Bu dövrdə Monronun çılpaq şəkilləri yayılır. O, bunu pulsuz və ac qaldığı üçün etdiyi bildirir. Bununla da karyerasını bitirə biləcək məsələdən xilas olur. Bu şəkillər daha sonra “Playboy” jurnalının ilk nömrəsində tirajlanır.

Monro uzan zamandır sevgili olduğu beyzbol ulduzu Co Dimaggio ilə evlənir. Ancaq doqquz ildən sonra cütlük boşanır. O, 1955-ci ildə “The Seven Year İtch” adlı filmi tamamladıqdan sonra, Nyu-York “Actor s Studio” adlı aktrisalıq kursuna oxumağa gedir. O , oxuduğu müddətdə yazıçı Artur Millerlə tanış olur və onunla ailə həyatı qurur. Nyu-Yorkda dostu fotoqraf Milton H.Qrin ilə “Merilin Monro” prodakşn şirkətini qurur. Monro 1955-ci ildə “Bus-Stop” adlı filmdə restoran müğənnisi rolunu canlandırır və tənqidçilərdən böyük tərif alır.

Bu filmdən sonra əri Artur Millerlə Londona gedərək Laurens Oliverlə birlikdə “The Prince and the Showgirls” filminə çəkilir. Bu film tənqidçilər tərəfindən tənqid edilməsinə baxmayaraq, Avropada böyük uğur qazanır və “Oscar” mükafatına bərabər olan “İtalyan Daviddi Donatello”, “Fransız Crystal Star” mükafatlarına layiq görülür. Eyni zamanda “İngilis Bafta” mükafatına namizəd olur. Filmin tamamlanmasından sonra Londondan qayıdan sənətçi hamilə olduğunu bilir, ancaq nikahdan kənar olduğu üçün onu dünyaya gətirməkdən imtina edir.

Merilinin 1959-cu ildə Billi Uilderin rejissoru olduğu "Some Like It Hot" filmi karyerasının ən uğurlu və populyar filmi olur. Monro bu filmdəki aktrisalığı ilə “Altın Kürə” mükafatını qazanır. Ancaq filmin və Monronun uğuru pərdə arxasında yaşanan hadisələrə görə, uzun müddət davam etmir. Xüsusilə Monronun çəkilişlərə tez-tez gecikməsi, ümumiyyətlə çəkilişlərə gəlməməsi rejissorla aralarında böyük problemlərə səbəb olur. Monro daha sonra “"Let's Make Love" filmində rol alır. Bu film uğursuz olsa da, Monronun filmdə ifa etdiyi mahnı o dövrün hiti olur. O, filmdə çəkilən Yves Montand ilə qısa müddətlik eşq yaşayır.

Merilin daha sonra “The Misfits” filmində uşaqlıq idealı Klark Qable ilə birlikdə baş rolda oynayır. Film boyunca Monronun psixoloji və fiziki problemləri, spirtli içki və narkotik dərman asılılığı, iki dəfə yorğunluq və əsəb pozuntusu ilə xəstəxanaya düşməsi, çəkilişlərə tez-tez gecikməsinə baxmayaraq, onun və digər aktyorların səyi nəticəsində film tamaşaçıların diqqətini çəkir. Ancaq filmdən böyük uğurlar gözlənilsə də tənqidlərə məruz qalır. Bu filmdən sonra Monro əri Artur Millerdən boşanır.

Boşanandan sonra depressiyaya düşən aktyor xəstəxanaya yerləşdirilir. 1962-ci ildə "Something’s Got to Give" adlı komediyada oynamağa qərar verir. Bu filmdə onun, eyni zamanda ilk çılpaq səhnəsi olmalı idi. Ancaq xəstə olduğunu bildirərək filmin çəkilişlərinə gəlməməsi və yenidən eşq söhbətlərinin ortaya çıxması, Kennedinin doğum günündə mahnı oxuması “Fox” şirkəti tərəfindən filmdən qovularaq, müqaviləsinin ləğv edilməsi ilə nəticələnir və ona qarşı təzminat davası açılır. “Fox” şirkətinin filmi tamamlamaq üçün aktrisa Li Remiklə müqavilə bağlamasına baxmayaraq, Monronun filmdəki həmkarı Din Martin başqa aktrisa ilə işləmək istəmədiyini bildirir və Morlo yenidən işə götürülür. Ancaq filmin çəkilişləri başlamamışdan qabaq yüksək dozada sakitləşdirici dərman atan aktrisa 1962-ci ildə Los-Ancelesdəki evində ölü tapılır. Aktrisanın ölüm səbəbləri haqqında müxtəlif versiyalar ortaya çıxır. Onun yüksək dozada həb ataraq intihar etdiyi bildirilir, amma meyiti müayinə edilərkən götürülən nümunələr itir və şahidlərinin verdiyi qarışıq ifadələr onun cinayət əsasında öldürüldüyü ehtimalını yaradır. Bir çoxları Monronun ölümündə Kennedini günahlandırırdı.

Qeyd edək ki, ötən il ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində hospitalda yatan təqaüdçü Norman Hoces bütün dünyanı şoka salan açıqlama verib. O, bildirib ki, uzun illər MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarə-red.) killeri olub və 1959-72-ci illər arasında 37 sifarişli qətl həyata keçirib. Hoces MKİ-də 41 il işləyib və ölkənin təhlükəsizliyini təhdid edən şəxslərin (siyasətçi, alim, sənətçi, aktivlər) zərərsizləşdirilməsilə məşğul olub.

Keçmiş killer Merilin Monronu qətlə yetirdiyini də etiraf edib. Merilin Monronu qətlə yetirməsindən danışan Hoces bildirib ki, bu əmri ona mayor Cimmi Heyvors verib. Heyvors ona deyib ki, bu qadın mütləq ölməlidir, çünki o, Kennedi ilə yanaşı Fidel Kastro ilə də yatır və ölkənin sirlərini ruslara sata bilər. Öldürdüyü adamların içində yeganə qadının Monro olduğunu bildirən killer deyib ki, 1962-ci il avqustun 5-də gecə saat 1-də Monronun yataq otağına daxil olub və onun damarına yüksək dozalı xloralqidrat nembutal yeridib. O, bu maddənin təsiri ilə ölüb.

Monronun cəsədi əvvəlki həyat yoldaşı Coy Dimaggioya təhvil verilir. 8 avqust 1962-ci ildə “Westwood Village Memorial Park “ qəbiristanlığında dəfn edilir.

Ölümündən sonra unudulmayan sənətçi, 1999-cu ildə “People Magazine” tərəfindən “Dünyanın ən seksual qadını” seçilir. Elə həmin il “Playboy” jurnalında “XX əsrin ən seksual ulduzu” seçilir. 2011-ci ildə Çikaqoda aktrisanın 7 metrlik heykəli qoyulub. Kompozisiya “Yeddi illik arzu” filmindəki kadr əsasında yaradılıb. Heykəl Nyu-York metrostansiyasının ventilyasiya sisteminin dəmir çərçivəsi üzərində əks olunur. Heykəli amerikalı rəssam Stüard Conson hazırlayıb.

# 1450 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #