Nəsimi Nəbizadə: “Yazarlarımızın nəinki kitablarını, alın yazısını da oxumuşam”

Nəsimi Nəbizadə: <span style="color:red;">“Yazarlarımızın nəinki kitablarını, alın yazısını da oxumuşam”
24 iyun 2016
# 13:11

Kulis.Azın kitabla bağlı suallarına tanınmış aparıcı Nəsimi Nəbizadə cavab verir.

- Uşaqlıqdan oxuduğunuz hansı kitablar yadınızda qalıb?

- O vaxt "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası" belə deyək, seriyası var idi. Elə indi də o kitablar durur evdə. Hərdən uşaqlığımı yadıma salıram.

- Heç kitab oğurladınızmı?

- Elə indi də oğurlayıram. Çaşıb mənə kitab-zad verərsiniz haa, birdən oxumağa...

- Şəxsi kitabxananız varmı?

- Var, əlbəttə. Özü də çoxunun həsəd aparacağı dərəcədə.

- Sevmədiyiniz yazarların kitablarını neynirsiniz?

- Yazılarını sevmədiyim yazıçı başqa, insan kimi sevmədiyim amma yaxşı yazıçı başqa... Kitabın isə heç bir günahı yoxdur.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Nə qədər desəniz. Amma onları o vaxt da heç əməlli başlı oxumurdum.

- Birinci sinifdə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Mən oxumağı da, yazmağı da məktəbə getməmişdən bilirdim. Amma oxumağı daha çox sevirdim, xəttim indi də "muncuq kimidir". Amma mətn oxumağı, şeir deməyi daha çox xoşlayırdım, bəlkə də diktor olmağım da bununla bağlıdır.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Əlfəcindən heç istifadə etməmişəm, elə dədə-baba yolu ilə vərəqi qatlayıram, səhifəni çevirəndə də barmağımı dilimlə isladıram.

- Şeir əzbərləyirsiniz?

- Yalnız sevdiyim şeirləri təbii ki.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Əlifba.

- Kitab bağışlamısınızmı?

- Çox olub. Şəxsi kitabxanamdan da, mağazadan da alıb bağışlamışam.

- Sizcə aktyor, müğənni, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Sadaladığınız sənətlərin hamısı kitabla bağlı olan sənətlərdir. Sənətkar olmaq istəyən təbii ki, kitabla mütəmadi ünsiyyətdə olmalıdır.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Son vaxtlar daha çox ensiklopedik kitablar oxuyuram, elə dünən axşam, yatmazdan. Amma saatlarla yox.

- Avtobusda çantasından kitab çıxarıb oxumağa başlayan adam görəndə nə düşünürsünüz?

- Sevindirici haldır.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Əlbəttə var.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa. Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes.

- Hər gün yazıram, siz ki, bilirsiniz.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Hamınızı, özü də rentgen aparatı kimi. Müasir yazarlarımızın nəinki kitablarını, alın yazısını da oxumuşam

- Mo Yanı tanıyırsız?

- Elə indi girdim google-də baxdım. Çin yazıçısıdır, Kafkanı da Çin dilinə tərcümə edib.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Quranı demək olar ki, oxumuşam.

- Son olaraq tamaşaçılara, oxuculara sözünüz.

- Baxsınlar və oxusunlar.

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #