Səməd Vurğun rəsmlərdə bu cür qaldı

Özünün 1935-ci ildə yazdığı məşhur “Azərbaycan” şeri ilə doğma yurdunun həm də rəssamsayağı çox duyğulandırıcı poetik mənzərəsini yaradan Səməd Vurğunun koloritli obrazına zaman-zaman təsviri və dekorativ tətbiqi sənətdə ustalar müraciət edərək yadda qalan əsərlər yaratmışlar. Azərbaycanla yanaşı həm də xarici ölkə sənətkarlarının təxəyyülünün məhsulu olan bu əsərlərin əksəriyyəti şairin ev muzeyində toplanmışdır. Sizə təqdim olunan bu sənət toplusuna Səməd Vurğuna həsr olunan həmin əsərlər, vaxtilə mənzilini bəzəyən və ona hədiyyə olunan sənət nümunələri, eləcə də sənət yanğılı balalarımızın şairin poetik dünyasına münasibətlərini əks etdirən rəsmlər daxil edilmişdir.

 

 

Mikayıl Abdullayev. Səməd Vurğunun portreti, Şüvəlan, 1944 kətan, yağlı boya. 118×170

 

 

Mikayıl Abdullayev. Şairin gəncliyi. 1975.Kətan, yağlı boya. 80×100

 

 

Oqtay Sadıqzadə. Səməd Vurğunun portreti. 1975, kətan, yağlı boya. 80×100

 

 

Mikayıl Abdullayev, Səməd Vurğun. 1996. Kətan, yağlı boya. 30×45

 

Görkəmli fırça ustası M.Abdullayev, O.sadıqzadə, N.İsmayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, N.Polyakov və başqalarının rəngkarlıq əsərlərində görkəmli söz xiridarının yaddaqalan obrazı yaradılmışdır. Bu lövhələrdə şairin yarıməsrlik ömrünün müxtəlif anlarına “güzgü” tutan rəssamlar onun təzadlı yaradıcı və insani yaşantılarına düşündürücü bədii görkəm verə bilmişlər.

 

 

Nikolay Polyakov. Səməd Vurğun ovda. 1952, taxta, yağlı boya. 70×95

 

 

Davud Kazımov. Səməd Vurğunun portreti. 1986, kətan, yağlı boya. 70×100

 

 

Elmas Hüseynov.Səməd Vurğun. 1986, kağız, tuş. 55×65

 

 

Arif Hüseynov. Xalq şairi Səməd Vurğunun portreti. 1991, kağız, qarışıq texnika. 20×35

 

Bu bədii-psixoloji məziyyətləri Səməd Vurğunun qrafik portretlərində də görmək mümkündür. Əgər S.Vurğunun böyük oğlu Yusifin sulu boya ilə çəkdiyi portret bizi xəyalən şairin uşaqlığına qaytarırsa, digər lövhələrdə mənalı çöhrəsi daha çox yaşanan ömür payının vaxtsız bəyazlıq zirvəsinə yetişməsini əyaniləşdirən görkəmi ilə bizə tanış olan böyük sənətkarı bizə obrazlı bədii biçimdə tanıtdılar.

 

 

Yusif Səmədoğlu. Səməd Vurğun uşaqlıqda. 1950, kağız, sulu boya. 22×32

 

 

Nəcəfqulu İmsayılov. Şair, nə tez qocaldın sən? 1967, kətan, yağlı boya. 145×186

 

 

Arif Hüseynov. Yadıma düşdü. 1991, kağız, qarışıq texnika. 14×22

 

 

Stanislav Şatikov. Şair Səməd Vurğunun portreti. 2008, kağız, tuş. 50×60

 

 

Nəcəfqulu İsmayılov. Yadıma düşdü. 1975, kətan, yağlı boya. 57×70

 

 

Əhməd Cuan. Səməd Vurğun, Tehran, 1967, kətan, yağlı boya. 38×45

 

 

Bunin. Səməd Vurğunun portreti.1954, kağız, karandaş. 13×15

 

 

Yak Kravçenko. Səməd Vurğunun porteti. 1950, kağız, karandaş. 58×60

 

 

Davud Kazımov. Səməd Vurğunun portreti. 1986, kətan, yağlı boya. 70×100

 

Bu mənada tanınmış qrafika ustası K.Kazımzadə,A.Hüseynov və Kravçenkonun eləcə də A.Rüstəmov, S.Şatikov, E.Aslanov, M.Aslanovanın əsərlərində qrafik cizgilərin oynaqlığının şairin ovqatyaradıcı lirik duyğularını gerçəkləşdirməyə imkan verdiyini söyləmək olar.

 

Ziyadxan Əliyev

 

LENT

22 İyul 2018
21 İyul 2018
20 İyul 2018
19 İyul 2018
18 İyul 2018