Baladadaş teatr səhnəsində

Baladadaş teatr səhnəsində
23 iyun 2016
# 11:26

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, tamaşanın nümayişi iyunun 25-də, saat 19-da baş tutacaq.

Teatrla kinonun sintez edildiyi, adət və ənənələrimizin, xüsusilə Bakı kəndlərinin özünəməxsus koloritinin ustalıqla əks olunduğu səhnə əsəri ilk premyera günündən bəri tamaşaçıların böyük marağına səbəb olub. Mövsümün ən çox tələb olunan tamaşaları sırasında olan səhnə əsəri Xalq Artisti Cənnət Səlimovanın quruluşunda təqdim olunacaq.

Tamaşanın bəstəkarı Firudin Allahverdi, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq Rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovdur.

Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.

Tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcəklər. /azərtac/

# 1016 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #