85 yaşlı qadına Google niyə təşəkkür etdi?

85 yaşlı qadına Google niyə təşəkkür etdi?
22 iyun 2016
# 10:26

Googleda axtarış verən 85 yaşlı britaniyalı qadına şirkət təşəkkür edib. Buna səbəb qadının axtarış zamanı nəzakətli davranması olub.

Ben Con adlı britaniyalı gənc 85 yaşlı nənəsi Mey Eşuortun notbukunu açanda nənəsinin Googleda axtarış verdiyini görüb. Amma nənə bu axtarışı hamının elədiyi kimi deyil, qeyri-adi formada edib. O, bu cür yazıbmış: Zəhmət olmasa, bu rum rəqəmlərini çevirin: MCMXCVIII. Təşəkkür edirəm.

Nənənin nəzakətli davranışından təəccüblənən oğlan Twitter hesabında belə status yazıb: “Ay Allah, nənəmin notbukunu açıb nə görsəm yaxşıdır, nənəm googleda axtarış verəndə “zəhmət olmasa” və təşəkkür edirəm” sözlərindən istifadə edir.”

Britaniyalı gəncin bu statusu sosial şəbəkədə əks-səda yaradıb. Bundan sonra Google şirkəti özünün rəsmi Twitter səhifəsində nənəyə belə yazıb: “Benin əziz nənəsi! Ümid edirik hər şey yaxşıdır. Biz milyardlarla axtarış sorğuları alırıq, amma yalnız sizin sorğu bizi sevindirdi. Yeri gəlmişkən, cavab: 1998. Təşəkkür edirik.”

# 815 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #