Tələbələr tamaşa hazırladılar

Tələbələr tamaşa hazırladılar
27 may 2016
# 10:05

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr sənəti fakültəsinin tələbələri Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Sevən qadın” psixoloji dramını tamaşaya qoyublar.

Diplom işi kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi Şərəf Yusifova, baş rolların ifaçıları ADMİU-nun istedadlı tələbələri Natavan Abbaslı, Ümman Budaqov, Həcərxanım Cavanşir və Fəridə Əlizadədir. Universitetin “Səda” teatrında uğurla keçirilən tamaşa müəllim və tələbələrin alqışları ilə qarşılanıb.

Tamaşanın kurs rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, diplom rəhbəri Xalq Artisti, professor İlham Namiq Kamaldır.

Qeyd edək ki, mürəkkəb kişi və qadın münasibətlərindən bəhs edən və əsasən aktyor ustalığına hesablanmış “Sevən qadın” bir neçə teatrda, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Rusiya Federasiyasının Elista şəhərində fəaliyyət göstərən Kalmık Milli Dram Teatrında rus dilində səhnələşdirilib. /azərtac/

# 935 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #