Azərbaycanlı filmi İsraildə iki diplom aldı

Azərbaycanlı filmi İsraildə iki diplom aldı
24 may 2016
# 15:18

Rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunub.

Geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanan film festivalın iki diplomuna layiq görülüb.

17-31 May tarixlərində baş tutmuş festivalın əsas məqsədi-xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Festivalda 65 ölkənin nümayəndəsi iştirak edib.

“Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib.

Filmin ssenari müəllifləri isə Vaqif Azəryar və Rüfət Əsədovdur. Filmin xronometrajı 32 dəqiqədir.

Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir. Film qəhrəmanının İsraildə yaşayan qohumları da festivalda filmə tamaşa ediblər.

# 770 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #