Yazıçılardan Bayram Lətifələri

Yazıçılardan <span style="color:red;">Bayram Lətifələri
22 mart 2018
# 16:30

Kulis qarşıdan gələn Novruz bayramı münasibəti ilə yazıçılarla bağlı lətifələri təqdim edir.

Məşhur bir yazıçı yeni kitabının tərcüməsi və çapı ilə əlaqədar Azərbaycana çağırılır. Qonağı tərcüməçi Nadir Qocabəyli qarşılayır, “Qanun” nəşriyyatında çıxan kitabını ona təqdim edir. Məşhur yazıçı kitaba baxıb şaşıraraq həmsöhbətinə deyir:

- Axı, mənim romanım böyük olmalı idi.

- Əsərdə bir hissə vardı, oranı çıxartmışam – Nadir müəllim halını pozmadan cavab verir.

- Niyə?

- Şahbaz Xuduoğlu qonorarımı kəsmişdi.

***

Murad Köhnəqalanın atası ölüm ayağında imiş. Şair bunu eşidən kimi atasının görüşünə gedir. Bakıda da işləri çox imiş. Əlüstü görüşüb otaqdan çıxanda atasına deyir:

- Mən getdim, o dünyada görüşərik...

***

Şərif Ağayarın maşınında üzünü tərtəmiz qırxmış Ayxan Ayvaz qabaqda, Aqşin Yenisey arxada oturub yol gedirlərmiş. Birdən polis maşını saxlayır.

- Şərif bəy, Novruz bayramınız mübarək! Nəvənizi niyə qabaqda oturtmusunuz? Bıy, oğlunuz da arxadaymış ki!

***

Fikrət Qoca qocaldıqca hiss eləyir ki, səsi daha da tutulur. Ona görə AYB sədri Anardan qohum-qardaşı üçün nəsə istəyə bilmir. Qərara alır ki, yazıçıya məktubla müraciət etsin. Bir dəfə yazır, iki dəfə yazır... Amma hər dəfə məsələni yazılı şəkildə konkretləşdirməyə ürək eləmir. Ona görə iş uzanır. Axırı AYB sədri Fikrət Qocanı yanına çağırıb deyir:

- Ay Fikrət, bildim, səsin xırıldayır, danışa bilmirsən, heç olmasa məktublarında xırıldama da, sözünün canını de...

***

Seymur Baycan oteldə roman yazır. İşi yaxşı getdiyi bir vaxtda birdən duruxur. Ayağa durub var-gəl etməyə, düşünməyə başlayır. Elə bu vaxt qapını açıb içəri girən otel müdiri maraqlanır:

- Nə olub, Seymur bəy? Yaman fikirlisiniz.

- Romanın bir yerində ilişmişəm. Ata ilə oğulu görüşdürməliyəm. Bilmirəm harda görüşdürüm. – Yazıçı məyus-məyus dillənir.

Otel müdiri:

- Əşşi, burda fikirləşməyə nə var, de ki, gəlsinlər bura - otelə, görüşsünlər də... Yerimiz də ucuzdu...

***

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yeni şeirlərini gətirən gənc şair Nicat Həşimzadəyə üzünü tutub deyir:

- Sizin yazdığınız oxunmur. Kompüterdə yazıb gətirərdiniz də.

Nicat Həşimzadə:

- Kompüterə köçürəcəkdim, amma kağızda yazıb qurtarandan sonra özüm də oxuya bilmədim.

***

Əsəd Qaraqaplanın evinə papaq atırlar. Yazar bərk əsəbiləşir, papağı tullayıb qapını çırpır. Papaq atma bir neçə dəfə təkrar olunur. Axırda Əsəd bezib qışqırır:

- Ə yekə kişisiz, kasıb bir yazıçıya iki dəqiqədən bir papaq atarlar?!

Aşağıdan səs eşidilir:

- Bəs üç aydan bir roman yazıb bezdirmək olar camaatı?

***

Emin Piri parkda qızla öpüşür. Bu vaxt polis onların başının üstünü alır. Emin cibindən qırmızı vəsiqə çıxarır:

- Rəis, mən AYB-nin üzvüyəm eee...

Polis də əlini cibinə atıb eyni vəsiqədən çıxarıb qışqırır:

- Mən də AYB-nin üzvüyəm, noolsun?

***

Məhkəmə. Hakim Anar Amindən soruşur:

- Bu şeirləri siz yazmısınız?

- Hə, mən yazmışam.

- Oxuyun görüm!

- Mən ancaq yazıram. Oxumuram. Olar Qılman İman sazla oxusun?

***

Nəriman Əbdürrəhmanlı ilə Mirmehdi Ağaoğlu söhbət edir.

- Mirmehdi, bizim 80-cilər nəsli çox çətinliklər çəkirdi. İnanırsan, bəziləri dolanmaq üçün İrana bolt aparırdı.

Mirmehdi dodaqaltı mızıldanır:

- Mən də deyirəm İran boltlarının hamısı niyə “sarvat” çıxır...

***

Yazarların tez-tez oturduğu kafedə ofisiant Qan Turalıya yaxınlaşıb deyir:

- Müəllim, sizin yazılarınızda Yusif Səmədoğlu havası duyuram.

Tural sevincək ofisiantın cibinə on manat basır və məmnun halda çıxıb gedir.

O biri ofisiant iş yoldaşına yaxınlaşır:

- Səydərəş, sən Yusif Səmədoğlunu harda oxumusan?

Pul alan ofisiant:

- Hüşşş!!! Sakit ol! Bunların damarını tutmuşam. Keçən dəfə də Qisməti Orxan Pamuka oxşatdım, 20 manat verdi.

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #