Rasim Qaracanın ilk kitabı yenidən nəşr olundu

Rasim Qaracanın ilk kitabı yenidən nəşr olundu
5 fevral 2016
# 11:17

Rasim Qaracanın ilk şeirlər kitabı, "Ölüm Haqqında Günəş" 14 il aradan sonra təkrar çap olunub. Kitabın yenidən işıq üzü görməsi "Başla" qrupunun təşəbbüsü ilə olub.

56 yaş ərəfəsində şairə hədiyyə etmək istəyən başlaçılar kitabı yeni dizayn və interaktiv elementlərlə çapa hazırlayıblar.

Müəllifin sözlərinə görə, ilk nəşrdə olan şeirlərin bir qismi ixtisar edilib, kitab oxuculara yeni redaksiyada təqdim olunmaqdadır: "Məni tanıyan, adımı eşidən, ancaq nə yazdığımdan xəbəri olmayan yeni nəsil oxuculara ünvanlanıb bu kitab. Hər hansı şeir kitabının yenidən nəşri şair üçün riskli addımdır, zamanın sınağından çıxmaya bilərsən. Hər bir yazar, gec-tez, zaman qarşısında imtahan verməlidir. Eləsə, qoy bu kitab da zamana qarşı bir addım olsun" - bunları R.Qaraca söyləyib.

Qeyd edək ki, kitab 200 səhifədən ibarətdir, ilk kitabda olduğu kimi, şeirlər "əşyalar", "inkar", "erotik", "aranjmanlar", "birlər" başlığı altında toplanıb. Kitabın ikinci basqısı cəmi 100 tirajla buraxılıb. Qiyməti 5 manatdır./qaynar.info/

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #