Qara pişiyi talisman sayanlar

Qara pişiyi talisman sayanlar
20 sentyabr 2014
# 08:00

Bu günlərdə dünyanın diqqəti Şotlandiyadadır. Çünki sentyabrın 18-də bu ölkədə Böyük Britaniyadan ayrılıb müstəqil olmaqla bağlı referendum keçirildi. Ölkə əhalisinin 45 faizinin müstəqilliyə “hə”, 55 faizinin isə “yox” dediyi bəlli olub. Beləliklə, Şotlandiya Birləşmiş Krallığın tərkibində qalmış oldu.

Kulis.az isə bu ölkənin diqqət mərkəzində olduğunu nəzərə alaraq, ora haqqındakı maraqlı faktlardan bir neçəsini toplayıb. Oxuyun və dostlarınızla bölüşün.

1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.

1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Məhz bu ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirdi.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır ki, ABŞ və Kanada da yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13 faiz təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Göldəki suyun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

Şotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

Şotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olar.

Şotlandiyanın rəsmi simvolu – Təkbuynuzdur.

Ölkənin devizini seçmək üçün müsabiqə elan edilib. Qalib deviz isə bu olub: “Şotlandiyaya xoş gəlmisiniz”

Şotlandiyanın ərazisində təxminən 750 ada yerləşir, onlardan 130-da insan yaşamır.

Şotlandiya Britaniyanın tərkibində Birinci Dünya Müharibəsində böyük rol oynayıb. 4,8 milyon əhalisi olan Şotlandiya müharibəyə yarım milyon əsgər göndərib, onların 25 faizi döyüş və ya xəstəlikdən vəfat etmiş və 150,000 nəfəri ağır yaralanıb.

2009-cu ildə Şotland psixoloqları Edinburq küçələrində maraqlı eksperiment aparıblar. 240 “itirilmiş” pul qabında əşya sahibinin əlaqə vasitələri yazılmışdı. Bu pul kisələrindən cəmi 42 faizi geri qaytarıldı. Eksperimentin maraqlı tərəfi portmanatların içində olan şəklin onların geri qaytarılmasına təsir idi. İçində uşaq şəkli olan pul kisələrinin 88 faizi, ev heyvanı fotosu olanların 53 faizi, ailə fotosu olanların 43 faizi, yaşlı cütlük fotosu olan 28 faizi, fotosu olmayanların 15 faizi qaytarılmışdı.

Əfqanıstanda birlikdə xidmət edən iki şotland əsgəri – Kevin Elliot və Barri Dileyni bir-birlərinə söz verirlər ki, hansı ölsə, digəri onun dəfninə qadın paltarında - yaşıl don, çəhrayı corablarda gedəcək. Əlbəttə, dostlar elə düşünürdülər ki, bu heç vaxt baş verməyəcək. Amma Kevin raket zərbəsindən ölür, Barri isə sözünün üstündə durur və dostunun məzarı üstə qadın paltarında ağlayır. 5 il qabaq baş vermiş bu hadisə barəsində nüfuzlu dünya mediası yazırdı.

# 1622 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #